Taksi sürücüsü öz qardaşına zəng edərək, sevincək şəkildə 4%-lik sadələşdirilmiş verginin ləğv olunduğunu bildirir. “ İndi qardaşım rahat alver edə bilər, – sürücü izah edir, – o Xudatdan (Azərbaycanın şimalında şəhər) Bakıya meyvə gətirib satırdı. Ancaq gəliri çox az olurdu. Lakin, indi yeni qanun qəbul ebib vergini ləğv ediblər.
Lakin, təəsüf ki, əslində vergilərin dərəcəsində heç bir dəyişiklik olmayıb. Prezidentin 26 noyabrda verdiyi sərəncamda sadəcə dövlət orqanlarının müəssələrdə hansı yoxlamaları apara biləcəklərini izah edir.
Müəssənin bağlanması ilə əlaqədar hər bir məsələyə ayrılıqda baxılacaq, Vergilər Nazirliyi bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinə (İSN) məlumat verməlidir, İSN isə öz növbəsində məsələni araşdırmalıdır, əgər qanun pozuntuları aşkar olunarsa məsələyə prokrorluq cəlb edilməlidir. Yeniliyin əsas məqsədi sahibkarları rüşvətxorlardan və şantaj yolu ilə pul qoparanlardan qorumaqdır.
Strateji məqsəd isə Azərbaycanda kiçik və orta biznesin inkişafına təkan verməkdir. Yoxlamalar 2 il müddətinə dayandırılıb. Hər şey 12 oktyabrda keçirilən iclasda İlham Əliyevin çıxışı ilə başladı. Prezident sahibkarları yoxlamalar ilə incidən dövlət orqanlarını və korrupsioner, monopolistləri ciddi tənqid etdi.
Baş verənləri izləyən vətəndaşlar Vergilər nazirliyinin gözdən düşdüyünü bildilər. İnsanların ruh yüksəkliyi vergilərin və yoxlamaların əslində ləğv edilmədiyini, sadəcə minumum səviyyəyə endirildiyini anlayana qədər davam etdi.
“Bu yeniliklər sizin üçün nə deməkdir? sualına şəxsiyyətinin anonim qalmasını xahiş edən bakılı sahibkarlardan biri özünəməxsus hekayə ilə cavab verdi: “Bir dənə qədəş icərisində cin olan lampa tapır. Lampanı sürtur, cin çıxır və ondan ürəyindəki üç arzunu səsləndirməyini xahiş edir. Oğlan cinə deyir: -İstəyirəm ki, məhəlləmizin o tərəfdən bu tərəfə qara atlar qaçsın. Cin arzusunu yerinə yetirir. İkinci arzusu: -İstəyirəm ki, məhəlləmizin bu tərəfdən o tərəfə ağ atlar qaçsın. Cin öz –özünə fikirləşir: “Bu nə arzulardır. Heç olmasa nəsə ağıllı bir şey arzu etsin. Qədəş deyir: – İstəyirəm ki, bir tərəfdən ağ atlar, o biri tərəfdən qara atlar qaçsın, bir-birinə toqquşsun. Cin arzunu yerinə yetirib soruşur: -Bəs bunların mənası nədir? Qədəş ona cavab verir: -Heç nə, əsas odur ki, məhəlləmizdə dvijeni olsun.