Vatikanın gizli arxivindən Ermənistana erməni genosidinə aid sənədlər gətirilib
Ermənilərin genosidi faktına aidiyyəti olan sənədlər bu gün Vatikanın gizli arxivindən Yerevandakı Erməni Genosidi Muzey-İnstitutuna gətirilib.
Erməni Genosidi Muzey-İnstitutu 1995-ci ilin aprelində yaradılıb. Ekspozisiyada tarixi əhəmiyyət kəsb edən sənədlər və fotolar, həmçinin dünya ictimaiyyətinin erməni genosidini münasibətini ifadə edən müxtəlif materiallar yer alıb.
Erməni genosidi 20-ci əsrin əvvəllərində Osmanlı İmperiyasında baş verib.1,5 milyon erməni kütləvi sürgünə məruz qalmış, məhv edilmişdi. Hər il aprelin 24-də Ermənistanda bu cinayətin qurbanları anılır.
Sənədləri muzeyə “Mənşəcə erməni” televiziya proqramının müəllifi Manana Akopyan təhvil verib. Onun sözlərinə görə, Vatikanda erməni soyqırımına aid çox sayda sənəd saxlanılır və hazırda muzeyə yalnız onların kiçik hissəsi təhvil verilir.
“Əldə edilmiş sənədlər bizim üçün yenidir, onlar nömrələnib, amma hələ araşdırılmayıb. Bu yeni faktlardır, onları tərcümə etmək, gözdən keçirmək lazımdır, görəsi işlərimiz çoxdur”, – Manana Akopyan deyib.
Erməni Genosidi Muzey-İnstitutunun direktor müavini Suren Manukyan da bildirib ki, bu sənədləri hələ öyrənmək lazımdır, amma sənədlərin arasında Osmanlı İmperiyasındakı Vatikan nümayəndələrinin blanklarının da olduğu artıq onun diqqətini çəkib, bu isə sənədlərin mühümlüyünü vurğulayır.
“Söhbət o illərdə Osmanlı İmperiyası ərazisində işləyən səfirlərdən gedir. Anladığım qədərincə, sənədlər ilk baxışdan diplomatik yazışmalardan ibarətdir. Aralarında həm əlyazma, həm də çap sənədləri var. Bunlar çox dəyərli materiallardır, muzeydə, eyni zamanda da tədqiqatlarımızda öz layiqli yerlərini tapacaqlar”, – Suren Manukyyan bildirib.
Məqalədəki terminlər, fikirlər və ideya JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews təhqir, təhdid, zorakılığa çağırış ifadə edən və ya başqa səbəbdən etik hesab edilməyən şərhləri silmək haqqını özündə saxlayır.