ÜST Çinin Sinopharm peyvəndini təsdiqləyib və bu, Gürcüstan üçün xüsusilə mühüm xəbərdir
Çinin Sinopharm peyvəndi Gürcüstanda mübahisə mövzusudur
Ümumdünya Səhiyyə Təşikilatının (ÜST) Çinin Sinopharm peyvəndinin koronavirusa qarşı istifadə üçün tövsiyyə olunan vaksinlər sırasına daxil edilməsi qərarı Gürcüstan üçün mühüm hadisə olub. Bu peyvənd ölkədə mayın 4-dən, ÜST-ün rəsmi icazəsi olmadan tətbiq edilməyə başlayıb və cəmiyyətdə çoxları artıq vaksinasiyadan keçmək qərarı alarkən özünü daha əmin hiss edir.
“COVID-19-a qarşı Pekinin Sinopharm vaksini ÜST-ün təhlükəsiz, effektiv və yüksək keyfiyyətli kimi təsdiqlədiyi altıncı vaksin olub”, – mayın 7-də ÜST-ün baş direktoru Tedros Adanaxo Qebreyus bildirib.
Peyvəndlərə və vaksinasiya prosesinin necə idarə olunmasına etimadsızlıq Gürcüstanda bu, məsələnin həyata keçirilməsi üçün ciddi maneəyə çevrilib. Çoxları yüz kilometrlərlə məsafəni qət edib başqa ölkələrə gedirlər ki, orada vaksinasiyadan keçsinlər, halbuki ölkədə minlərlə istifadə olunmamış vaksin dozası yararsız vəziyyətə gələ bilər.
Gürcüstanda koronavirusa qarşı vaksinasiya 2021-ci il martın 15-dən başlayıb. Mayın 6-a qədər Gürcüstanda ən azı bir doza peyvənd vurulmuş vətəndaşların sayə cəmi 51 600 nəfər təşkil edib (4 milyona yaxın əhali sayına).
Vaksinin hər iki dozasını almış vətəndaşlar Gürcüstan əhalisinin 0,21 faizini təşkil edir.
Bununla belə, ümumilikdə mayın 6-da ölkəyə 315 450 doza peyvənd gətirilib ki, bu da 157 725 nəfərin , yəni əhalinin 4,26 faizinin tam vaksinasiyadan keçməsi üçün kifayətdir.
Gürcüstanda vaksinasiya könüllüdür, mayın 4-dən 18 yaşdan yuxarı bütün vətəndaşlar peyvənd vurdura bilər.
Hazırda Gürcüstanda dörd vaksindən istifadə olunur: Almaniya-Amerika istehsalı Pfizer, Britaniyanın AstraZeneca, Çinin Sinopharm (Pekin) və Çinin SinoVac (hələlik ÜST tərəfindən təsdiqlənməyib) peyvəndi.
