ABŞ səfirliyi və Aİ nümayəndəliyi neytral mövqe tutmaq və Ermənistanda fəaliyyət göstərən siyasi qüvvələrin birbaşa və ya dolayısı ilə maliyyələşdirilməsindən uzaq durmaq qərarına gəlib.
“Jamanak” qəzetinin məlumatına görə, ABŞ-ın Ermənistandakı səfiri Mills və Aİ nümayəndəliyinin səfiri Svitalski dar çevrədə Ermənistanda yaranmış siyasi vəziyyətlə bağlı narazılıqlarını bildiriblər. Çünki bu vəziyyətdə nəinki ədalətli rəqabət imkanları, hətta Qərbin liberal dəyərlərini bölüşən siyasi qüvvələr də mövcud deyil.
Qərara alınıb ki, 2 aprel 2017-ci ildə baş tutacaq parlament seçkilərində ABŞ və Aİ ictimai müşahidə missiyalarına məhdud maliyyə vəsaiti ayıracaq.