ABŞ Senatı 700 milyard dollar həcmində müdafiə büdcəsini qəbul edib. Bu, on ildən çox müddət ərzində rekord göstəricidir, TheWashingtonPost xəbər verir.
Bu sənəddə Ukrayna üçün silah və Amerikanın raket əleyhinə müdafiəsinin gücləndirilməsi üçün vəsait əks olunub. Son tədbir Şimali Koreya raketlərinin buraxılmasına reaksiyadır. Ukrayna ordusunun ehtiyacları üçün silah hissəsində söhbət ilk növbədə, “Cavelin” tank əleyhinə komplekslərindən gedir.
Düzdür, müdafiə büdcəsi üzərində iş hələ tamamlanmayıb. Bundan əvvəl qanun layihəsinin başqa bir versiyası Konqresin nümayəndələr palatası tərəfindən dəstəklənib. İndi də hər iki palata iki variantdan birini düzəltmək üçün razılaşdırma komissiyası formalaşdırmalıdır.
Təkrar səsvermədən sonra da sənəd prezident tərəfindən imzalanmaq üçün göndəriləcək. Prezident Trampın bu qanunvericiliklə razılaşacağı gözlənilir.