Ukrayna səfiri Saakaşvilinin bəyanatlarına görə Gürcüstan XİN-ə çağırılıb
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili indi Ukraynanın İslahatlar Şurasına rəhbərlik edir, Facebook-da yaydığı video-müraciətdə o, bəyan edib ki, Gürcüstanın dağılmasına rahat baxa bilmir və hazırkı hakimiyyətin yıxılması üzrə ilk sıralarda olacaq.
Gürcüstanın xarici işlər naziri David Zalkaliani eks-prezidentin bəyanatını əcnəbi vətəndaşın Gürcüstanın daxili işlərinə, konkret seçkiqabağı kampaniyaya qarışması kimi dəyərləndirir. Bunun nəticəsində Ukrayna səfiri məsələyə ayddınlıq gətirməsi üçün Gürcüstan XİN-ə dəvət olunub.
Saakaşvili iyunun 11-də video-müraciət yayıb. O bildirib:
“İvanişvili koronavirus epidemiyasından özünün varlanması və xalqa qarşı tam xəyanət üçün istifadə edib. Mən ölkənin və gürcü ailələrin məhv edilməsinə sakit baxmaq niyyətində deyiləm. Əlbəttə ki, mən mübarizədəyəm. Əlbəttə ki, biz qalib gələcəyik. Biz birləşməliyik, indi vəzifə bölgüsünün zamanı deyil. Xalqa yardım etmək istəyən hər kəs birləşməlidir. Bu mübarizədə mən ilk sıralarda olacam. Bu il qəti şəkildə həll olacaq – bütün qalan həyatımızı İvanişvilinin qulları olaraq qalacağıq, yoxsa azad ölkənin azad vətəndaşları olacağıq. Bu il ölkəmiz ya birdəfəlik məhv olacaq, ya da qalib gələcək. Üçüncü yol yoxdur. Buna görə də biz əlbəttə ki, qələbəyə hazırlaşırıq!…”
“Biz ukraynalı həmkarlarımıza xəbərdarlıq etmişdik ki, bu adam [Saakaşvili] yenə də Gürcüstanın daxili işlərinə qarışıcaq”, – Gürcüstanın xarici işlər naziri David Zalkaliani deyib və əlavə edib ki, məhz bu səbəbdən Tbilisi Kiyevin Saakaşvilini dövlət vəzifəsinə təyinatındannarazı idi.
Saakaşvili yenə də Facebook səhifəsində Gürcüstan XİN rəhbərinin bəyanatına reaksiya verib.
“Mən nə Ukrayna hökumətinin üzvüyəm, nə də bu dövlətin hansısa məsul şəxsinin nümayəndəsiyəm… Mən sadəcə İslahatlar Şurasının icra komitəsinin sədriyəm, azad ölkənin azad vətəndaşı kimi istənilən məsələ ilə bağlı öz fikrimi ifadə edə bilərəm”, – O Facebook səhifəsində yazıb.
Gürcüstanın üçüncü prezidenti Saakaşvilini Ukrayna prezidenti Vladimir Zelenski mayın 7-də Milli İslahatlar Şurası icra komitəsinin sədri təyin edib.
Kiyevin bu qırarı ilə əlaqədar olaraq Gürcüstanın Ukraynadakı səfiri Teymuraz Şaraşenidze məsləhətləşmələr üçün Tbilisiyə çağırılıb.