Uçurumun başında gəzinti
Qoris rayonunun Hndzoresk icmasında yerləşən 160 metrlik asma körpü ABŞ-ın ən uzun asma körpüsünü ötüb keçib. Tennessi ştatında olan Foksfayr körpüsünün uzunluğu 121 metrdir.
Hndzoreskdəki körpü 2012-ci ilin iyun ayında açılıb və dərhal da həm yerli sakinlər, həm də turistlər arasında populyarlaşıb.
Dərənin üzərindən, 63 metr hündürlüyündə tikilən bu körpü köhnə Hndzoreskin iki “sahilini birləşdirir.
Tikintinin təşəbbüskarı Hndzoresk sakini Jora Aleksanyan olub, həmkəndliləri də onun bu ideyasını dəstəkləyiblər. Yırğalanan asma körpüyə sahib olmaq istəyi ilə ilhamlanan Hndzoresk sakinləri onu öz əlləri ilə, heç bir texniki vasitədən istifadə etmədən tikiblər.
Körpünün çəkisi 14 ton, eni 1,5 metrdir, körpünün üstü ilə eyni vaxtda 700 nəfər keçə bilər – yəni körpü bu qədər adamın ağırlığına hesablanıb.