“Kəs səsini!” – Tramp və Baydenin ilk teledebatı. Video
“Kəs səsini!” – bu ifadə sentyabrın 29-da ABŞ prezidentliyinə əsas namizədlər Tramp və Bayden arasında baş tutan ilk teledebatda bir neçə dəfə səslənib. Debat zamanı Tramp dəfələrlə həmsöhbətinin sözünü kobudca kəsir, hər ikisi qışqırır və bir-birini yalançı adlandırırdı.
Forum Ohayo ştatinin Klivlend şəhərində baş tutub, 90 dəqiqə davam edib və 15 dəqiqəlik seqmentlərlə altı mövzuya həsr olunub: sorğularda namizədlərin mövqeləri, Ali Məhkəmə, pandemiya, irqi etirazlar və şəhərlərdə zorakılır, seçkilərin ədalətli olması və iqtisadiyyat.
ABŞ-da prezident seçkiləri 2020-ci il noyabrın 3-də baş tutmalıdır, buna qədər Tramp və Bayden arasında debatların daha iki raundu keçiriləcək.
•Putin Nobel Sülh Mükafatına namizəddir, rəqibləri – Navalnı və Tramp
Diskussiyanın əsas tezisləri
ABŞ-ın hazırkı prezidenti Donald Tramp, Respublikaçılar Partiyası
Baş tutacaq səsvermənin ədalətli olacağına şübhə edir.
Sentyabrın 27-də “New York Times” qəzetində dərc olunan və qalmaqala səbəb olunan vergi deklarasiyasını açıqlamağı vəd edib – məlum olub ki, Tramp qanunvericiliyin kazuslarından istifadə edərək sıravi müəlllimdən daha az vergi ödəyir.
Ordu və polisin dəstəklənməsi haqda danışıb.
Çini koronavirus pandemiyasında günahlandırıb.
“Antifa” (ekstremist baxışlara sahib faşizmə qarşı beynəlxalq hərəkat) hərəkatını qınayıb və ağ irqin üstünlüyünü iddia edənlərdən üz çevirməyib.
Co Bayden, Demokratik Partiya:
7 milyon iş yeri açmağı və iqtisadiyyatı 1 trilyon dollarlıq yüksəlişə çatdırmağı vəd edib.
Trampın səhiyyə islahatları planını tənqid edib.
Rəsmi nəticələrə qədər özünü prezident elan etməcərinə söz verib.
Diskussiyanın ən rəzil məqamları
Ən qəzəbli toqquşmalar namizədlər bir-birinin ailəsi haqda danışmağa başladığı zaman yaşanıb.
Tramp Baydenin oğlu Xanteri təhqir edib.
O deyib ki, Xanter kokain istifadə etdiyi üçün ordudan qovulub, Barak Obamanın liderliyi vaxtı Bayden vitse-prezident olandan sonra isə onun oğlu “Ukraynada, Çində, Moskvada və digər yerlərdə varlanıb”.
Bayden səsini qaldıraraq cavab verib ki, onun oğlu asılılığının öhdəsindən gəlib – “Trampın öz evinin içindəkilərdən fərqli olaraq”.