Qarabağ münaqişəsi

Qarabağ münaqişəsi

Qarabağ müharibəsi – 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayəti və ətraf rayonların ərazisində Ermənistan və Azərbaycan arasında yaşanan silahlı münaqişədir. Müharibə atəşkəs imzalanması ilə bitib, amma atışmalar vaxtaşırı davam edib.

Ermənilərin məskunlaşdığı Dağlıq Qarabağ Respublikası Ermənistan da daxil olmaqla dünyanın heç bir dövləti tərəfindən tanınmayan de-fakto müstəqil respublika kimi mövcud olub. Azərbaycan Qarabağı və müharibə zamanı tutulan ətraf əraziləri işğal olunmuş hesab edir və qaytarılmasını tələb edir. Beynəlxalq vasitəçilərin iştirakı ilə nizamlama üzrə aparılan danışıqlar nəticə verməyib.  

1990-cı illərin əvvəllərində baş verən hadisələrdən sonra ilk genişmiqyaslı hərbi əməliyyatlar 2016-cı il 2-6 apreldə yaşanıb və tarixə “aprel müharibəsi”, yaxud “dörd günlük müharibə” kimi düşüb. Hadisələr Qarabağ münaqişəsi zonasında qoşunların təmas xəttində baş verib. 2020-ci ilin iyulunda Ermənistan və Azərbaycan arasındakı sərhəddə gərginlik yaşanıb.

27 sentyabr-10 noyabr 2020-ci il geniş miqyaslı hərbi əməliyyatlar tarixə “ikinci Qarabağ müharibəsi” kimi daxil olub. Atəşkəs haqda razılaşmaya aşağıdakı maddələr daxildir: Dağlıq Qarabağ ətrafındakı rayonlar üzərində nəzarətin Azərbaycana qaytarılması; regiona Rusiya sülhməramlılarının daxil olması; əsirlərin dəyişdirilməsi və qaçqınların qaytarılması.

Qapanlıda Yeni il

Azərbaycanın cəbhəyanı kəndində insanlar nəyi arzulayır. Film

Qisas və uduş

Bakı və Yerevanda demək olar ki, eyni hisslər yaşanır: kədər, qəzəb və haqlılıq hissi

Birinci informasiya

Azərbaycan və Ermənistan qüvvələri arasında qarşıdurma

Qarabağ: faktsız

Bəs sizin mətbəxdə Qarabağ münaqişəsini necə müzakirə edirlər?

Ən Populyar

JAMnews-u dəstəkləyin

Biz JAMnews-da müstəqil redaksiya siyasəti seçmişik. Siz bizi dəstəkləyəcəksiz? Yoxlanılmış faktlar, balanslı, ağlabatan izahlar – JAMnews məhz bu cür jurnalistika ilə təmin etmək istəyir. Biz çoxsaylı komandayıq – regionun hər yanında yaşayan redaktorlar və jurnalistlər. Heç kim bizim üçün gündəm yaratmır, heç kim bizim redaktorları redaktə etməyə cəsarət etməz – buna görə də, biz sizə hər gün hadisələri reallığa maksimum yaxın nəql edirik. Sizin istənilən köməyiniz bizə işimizi davam etməyə dəstək olacaq və bir fincan qəhvənin dəyəri olan 1 dollar bizim üçün çox önəmlidir. Təşəkkür edirik!

JAMnews-u dəstəkləyin