Nikol Paşinyan

Nikol Paşinyan

Nikol Paşinyan (1975-ci il iyunun 1-də anadan olub) – 2018-ci il mayın 8-dən Ermənistanın baş naziridir. Buna qədər müxalif siyasətçi, 2012-2018-ci illərdə Milli Məclisin deputatı olub.

 

Paşinyan başlatdığı “məxməri inqilab” qalib gələndən və uzunmüddətli nüfuzlu lider Serj Sarqsyanın rəhbərliyi altında əvvəlki hakimiyyət istefaya göndəriləndən sonra baş nazir seçilib.

2018-ci ilin dekabrında onun liderlik etdiyi “Mənim addımım” siyasi qrupu növbədənkənar parlament seçkilərinin nəticələrinə əsasən Milli Məclisdə çoxluğa sahib olub.

Nikol Paşinyan xarici siyasətinin aşağıdakı prioritetlərini elan edib:

1. “Ermənistan həm Rusiya, həm də Avropa İttifaqı ilə tərəfdaşlıq münasibətləri saxlayacaq, amma heç kimin təsiri altında olmayacaq”.

2. Ermənistan KTMT üzvüdür və NATO-ya can atmır, amma Şimali Atlantika Alyansı ilə əməkdaşlıq “davam etdiriləcək” – o cümlədən də Əfqanıstan və Kosovoda sülhməramlı missiyalarda.

3. “Yerevan Türkiyə ilə diplomatik münasibətlərin qurulmasına hazırdır, amma bunun üçün Ankara Dağlıq Qarabağla bağlı ön şərtlər irəli sürməkdən imtina etməlidir”.

4. Paşinyan ümid edir ki, Vaşinqton Yeravn üçün Tehranla əməkdaşlığın mühümlüyünə anlayışla yanaşacaq və İrana qarşı tətbiq olunan sanksiyalara rəğmən bu əməkdaşlığa mane olmayacaq.

Paşinyan hökuməti daxili siyasətdə korrupsiyaya və sahibkarlıq fəaliyyətinin inhisara alınmasına qarşı sərt mübarizə xətti ilə irəliləyir. Onun rəhbərliyi müddətində bir neçə siyasi və korrupsiya əleyhinə səs-küylü cinayət işi qaldırılıb. O cümlədən də ölkənin iki eks-prezidenti – Robert Koçaryan və Serj Sarqsyan, həmçinin onların yaxın qohumları hazırda istintaq aldındadırlar.

Baş nazirdən yeni Ermənistan haqda 100 fakt

Ən yüksək rəhbər vəzifəyə seçiləndən bir il sonra Nikol Paşinyan bütün maddələr üzrə hesabat verib – siyasət və iqtisadiyyatdan tutmuş zibil emalına qədər

Ən Populyar

JAMnews-u dəstəkləyin

Biz JAMnews-da müstəqil redaksiya siyasəti seçmişik. Siz bizi dəstəkləyəcəksiz? Yoxlanılmış faktlar, balanslı, ağlabatan izahlar – JAMnews məhz bu cür jurnalistika ilə təmin etmək istəyir. Biz çoxsaylı komandayıq – regionun hər yanında yaşayan redaktorlar və jurnalistlər. Heç kim bizim üçün gündəm yaratmır, heç kim bizim redaktorları redaktə etməyə cəsarət etməz – buna görə də, biz sizə hər gün hadisələri reallığa maksimum yaxın nəql edirik. Sizin istənilən köməyiniz bizə işimizi davam etməyə dəstək olacaq və bir fincan qəhvənin dəyəri olan 1 dollar bizim üçün çox önəmlidir. Təşəkkür edirik!

JAMnews-u dəstəkləyin