Tbilisidə müxalifətin mitinqi. Fotoreportaj
Müxalifətin minlərlə tərəfdarı Rustaveli prospektinə, parlament binasının yanına toplaşıb.
Birləşmiş müxalifət prezident seçkilərində hakim partiyanın dəstəklədiyi namizəd Salome Zurabişvilinin qələbəsini tanımır və bu günkü etiraz aksiyası ilə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edib.
•Who is Gürcüstanın yeni prezidenti Salome Zurabişvili?
•Birləşmiş müxalifət seçkilərin nəticələrini tanımır və küçələrə çıxır
•Beynəlxalq müşahidəçilər: seçkilər rəqabətli keçib, amma ədalətli olmayıb
•Gürcüstanda prezident seçkiləri ilə bağlı bilməli olduğumuz hər şey
Birləşmiş müxalifətdən prezidentliyə namizəd Qriqol Vaşadze toplaşanlara bildirib ki, müxalifət məhkəmə qaydasında seçkilərin nəticələrinə etiraz etmək niyyətindədir.
“Hüquqşünaslamız məhkəməyə təqdim edəcəyimiz ərizə üzərində işləyirlər. Mənim tələbim seçkiləri tanımamaqdır. İndiki vəziyyətlə barışan deyilik”, – deyə Qriqol Vaşadze bildirib.
O, hakimiyyətə böhranın aradan qaldırılması üçün işçi qrup yaratmağı təklif edib. Buna vaxt da ayırıb – dekabrın 16-na qədər:
“Vətəndaş nəzarəti altında sivil şəkildə, Avropasayağı, konstitusional qaydada hüquq müstəvisində birlikdə bu siyasi böhrandan çıxaq”.
Qriqol Vaşadze toplaşan tərəfdarlarını müxalifətin tələbləri ilə tanış edib:
• növbədənkənar parlament seçkiləri;
• seçki sisteminin dəyişdirilməsi [müxalifət ancaq proporsinal sistemlə seçki keçirməyi, majoritar sistemi isə ləğv etməyi tələb edir. Beynəlxalq ekspertlər də eyni tövsiyyələri verir. Hakimiyyət qanunvericiliyi dəyişməyə hazır olduğunu bildirir, amma 2020-ci il deyil, 2024-cü il seçkiləri üçün_JAMnews]
• müxalifətin fikrincə, seçkilərin saxtalaşdırılması üçün alət olan dairə seçki komissiyalarının ləğv edilməsi;
Skupe ilə böyük ekrandan mitinq iştirakçılarına Hollandiyada olan Mixail Saakaşvili müraciət edib. O, Gürcüstanın siyasi proseslərində uzaqdan çox fəal iştirak edir.
Məhz Saakaşvili birinci olaraq müxalifəti seçkilərin nəticələrini tanımamağa və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb etməyə çağırıb.
Noyabrın 28-də seçki məntəqələri bağlanandan sonra, müxalifətin namizədi Qriqol Vaşadzenin məğlub olunduğu məlum olandan dərhal sonra Saakaşvili “Rustavi-2” telekanalının efirində əhalini seçkilərin elan olunmuş nəticələrini tanımamağa, polislə ordunu isə itaətsizliyə çağırıb. Bir qədər sonra Saakaşvili ritorikasını yumşaldıb – kəskin çağırışları dayandırıb, amma yenə də təkid edir ki, gürcü xalqı növbədənkənar seçkilər uğrunda mübarizə aparmalıdır.
Saakaşvilinin ekranda görünməsini mitinq iştirakçıları alqışlarla qarşıladı.
“Siz məni çağıran an yanınızda olacam”, — o, tərəfdarlarına deyib.
“Bu mübarizədə özümə bərabər insanlarınəhatəsindəyəm. Mən sadəcə sizlərdən biriyəm. Hansısa iddialarım yoxdur. Bilməyinizi istəyirəm ki, siz məni çağıran kimi, həmin an yanınızda olacam, Gürcüstan naminə liderlərimizin, gənclərimizin yanında dayanacam”, – deyə Mixail Saakaşvili bildirib.
Gürcüstanın keçmiş prezidenti hazırda Hollandiyada yaşayır. Vətənində ona qarşı bir neçə cinayət işi açılıb. Müxalifət permanent aksiyaları onun tələbləri yerinə yetirilənə qədər keçirməyi planlaşdırır.