Tbilisidə yeddi nəfər qaz sızıntısı nəticəsində ölüb
Paylaşmaq
Paylaşmaq
Tbilisidə Ketevan Tsamebuli prospektində yaşayış binasında qazdan zəhərlənmə nəticəsində yeddi nəfər həyatını itirib.
Ölənlərin yeddisi də kişidir və “Liberty Bank” binasının inşasında çalışırmışlar. Bina sakinləri deyir ki, onlar birlikdə birotaqlı mənzili kirayələyir və oranı kustar üsulla hazırlanmış məişət qızdırıcısı ilə isidirmişlər.
Yeddi nəfərin ölümünə nasaz olan qızdırıcının buraxdığı dəm qazı səbəb olub.
Tbilisinin qazlaşdırılmasına cavabdeh olan “Qaztransqaz” şirkətindən isə bildiriblər ki, onlar bu yaxınlarda növbəti mütəmadi yoxlama zamanı bu mənzildə kustar qızdırıcını söküblər, amma sakinlər onu yenidən quraşdırıblar.