Suxumi və Sxinvali bildirir ki, Suriya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb
Gürcüstan XİN-in mətbuat xidmətində JAMnews-un müvafiq sualına cavab olaraq bildiriblər ki, onlarda bu haqda məlumat yoxdur və onlar məsələnin detallarını aydınlaşdırmağa çalışırlar
_____________
Cənubi Osetiyanın de-fakto Xarici İşlər Nazirliyi Facebook səhifəsində Suriya və Cənubi Osetiyanın diplomatik əlaqələr qurmaq haqda qərarına dair məlumat yerləşdirib
Abxaziyanın de-fakto xarici işlər naziri Daur Kove də Facebook səhifəsində Abxaziya sakinlərini Suriyanın onların müstəqilliyini tanıması münasibətilə təbrik edib.
Abxaziyanın de-fakto prezidenti Raul Xajimba da eyni məzmunlu bəyanatla çıxış edib.