Bir ölü, beş yaralı: Qarabağda hərbçilər və sülhməramlılar minaya düşüblər
Noyabrın 23-də Tərtər rayonunun Suqovuşan (Madagiz) qəsəbəsi yaxınlığında ikinci Qarabağ müharibəsi zamanı həlak olanların meyitlərinin axtarışı zamanı ərazidə yerləşdirilmiş minanın partlaması nəticəsində Azərbaycan ordusunun zabiti həlak olub, Rusiya sülhməramlısı və Dağlıq Qarabağ FHN-in dörd əməkdaşı yaralanıb.
“Partlayış nəticəsində Rusiyanın sülhməramlı kontingentinin zabiti yaralanıb. Azərbaycan Respublikası silahlı qüvvələrinin bir zabiti həlak olub. Dağlıq Qarabağ FHN-in dörd əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb”, – Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.
Həlak olan Azərbaycan silahlı qüvvələrinin polkovniki Babək Səmidlidir.
Dağlıq Qarabağ FHN-in dörd əməkdaşının vəziyyəti haqda məlumat verilmir.