Ermənistan əraziləri Azərbaycana verməkdə davam edir? Sərhədyanı vilayət sakinlərinin etirazı
Ermənistanın sərhədyanı Sünik vilayətinin sakinləri Azərbaycanla sərhəd problemlərinin həll edilməsi tələbilə Qafan şəhərinə gedən yolu bağlayıblar. Yerevan-Qafan yolunda aksiya iştirakçıları ilə Ermənistanın cənub regionunun qubernatoru görüşüb və onların tələbini hökumətə çatdıracağını vəd edib. Melikset Poqosyan bildirib ki, tələblər yerinə yetirilməsə, istefaya getməyə hazırdır.
Sünik qubernatoru ilə görüşdən sonra gərginlik azalıb, amma o, aksiya iştirakçılarını yolu açmağa razı sala bilməyib.
Sünik vilayətində vəziyyət Qarabağda hərbi əməliyyatların dayandırılması haqda üçtərəfli bəyanat imzalanandan sonra gərginləşib. Sənədə əsasən, Dağlıq Qarabağ ətrafındakı rayonlar Azərbaycana qaytarılıb. Bununla əlaqədar olaraq Azərbaycanla “yeni sərhəd” yaranıb. Delimitasiya və demarkasiya prosesində burada vaxtaşırı toqquşmalar baş verib.
Yerli dəstələr və könüllülər sərhədin müdafiəsinə qalxıb. Sünik vilayətinin icma rəhbərləri hətta təhlükəsizlik məsələlərini həll etməyən hökumətin istefası tələbi ilə də çıxış ediblər. Onlar bildiriblər ki, sərhədlərin qorunması və əhalinin təhlükəsizliyi ilə özləri məşğul olurlar.
Azərbaycan prezidentinin az əvvəl Qarabağ müharibəsində qazanılan qələbəyə həsr olunmuş paradda səsləndirdiyi bəyanat Sünik sakinlərində əlavə narahatlıq doğurub. İlham Əliyev növbəti dəfə Sünik vilayəti, Sevan gölü və hətta Ermənistan paytaxtı ilə bağlı ərazi iddiası irəli sürüb və həmin yerləri Azərbayanın “tarixi torpaqları” adlandırıb.
- Ermənistanda Dağlıq Qarabağ ətrafındakı rayonlara görə 5 milyard dollarla bağlı qalmaqal davam edir
- Ermənistanın baş naziri seçki keçirələnə qədər istefaya getmək niyyətində deyil
- Şərh: Baş nazirin istefasını tələb edən Ermənistan müxalifəti hansı məsələləri həll edir?
Qafan yolunu niyə bağlayıblar?
Qafan meri Gevorq Parsyan hesab edir ki, şəhərin və yaxınlıqdakı kəndlərin təhlükəsizliyi təhdid altındadır.
Onun sözlərinə görə, dekabrın 17-də səhər Ermənistanın Müdafiə Nazirliyi dekabrın 18-i saat 17:00-a qədər Qafan yüksəkliyinin azad edilməsi əmrini verib, çünki həmin ərazi Azərbaycan tərəfinə təhvil veriləcək:
“İndi belə alınaacaq ki, düşmən sərhədlərimizə yaxınlaşacaq, yaşayış məntəqələrinin cəmi bir kilometrliyində olacaq”, – Gevorq Parsyan jurnalistlərə bildirib.
Mer qeyd edib ki, Qafanda dörd qonşu kəndə – Çakaten, Şikaox, Sraşen və Nerkin Xandda gedən yol Azərbaycan ərazisində qalacaq.
Rusiya sərhədçilərinin burada keşik çəkməsi yolla bağlı problemin həlli ola bilər, bu, tam olmasa da, müəyyən təhlükəsizlik təminatı olar.
Cünikdəki bütün problemlərin səbəbi Ermənistanın baş nazirinin içzaladığı kapitulyasiya sənədi hesab olunur, hərçənd, etiraf edirlər ki, orada konkret onların vilayəti ilə bağlı müddəa yoxdur.
Ermənistanın müdafiə naziri Sünikdədir və Qafanda ümid edirlər ki, Vaqarşak Harutyunyan aksiya iştirakçılarının yanına gələcək və hökumətin həll yolları haqda məlumat verəcək.
Qubernatorun aksiya iştirakçıları ilə danışıqları haqda
Melikset Poqosyanın sözlərinə görə, məsələ Rusiya sülhməramlıları ilə müzakirə olunur. Böyük ehtimalla onlar Sünik vilayəti ilə sərhədin müəyyən hissələrində, o cümlədən də Qoris və Qafan şəhərləri arasında yerləşdiriləcəklər.
Qubernator bildirib ki, dekabrın 18-dən Sünik vilayətində sərhəddə sərhədçilər dayanacaq, yəni özünümüdafiə dəstələri mövqeləri tərk edə bilər.
Qafan aeroportuna gedən yolu kəsən aksiya iştirakçıları deyiblər ki, hökumətdən konstruktiv həll yolları gözləmirlər, buna görə də belə kəskin tədbirlərə əl atmalı olublar.
“Biz sizə çox hörmət edirik, amma hətta əgər polis bizi saxlaa da, bizi döysə və ya kəssə də, biz cavab almayınca buradan getməyəcəyik”, – onlardan biri deyib.