Gürcüstanda siqaret çəkənlərin həyatı tamam dəyişib. Yeni nizamlama və qadağalar haqda
2018-ci il mayın 1-dən Gürcüstanda ictimai yerlərdə siqaret çəkmək qadağan olunub. Ümumiyyətlə artıq cərimə və inzibati cəza almadan siqaret çəkməyin mümkün olduğu çox az yer qalır. Eyni zamanda siqaret, tütün və siqaret çəkməklə bağlı istənilən məhsul və məmulatların satışının harada və necə həyata keçiriləcəyi haqda da xüsusi qaydalar qüvvəyə minib.
“Tütünə nəzarət haqda” qanuna müvafiq dəyişikliklər 2017-ci il mayın 17-də edilib. Dəyişikliklərin təşəbbüskarı parlament çoxluğunu təmsil edən deputat Ququli Maqradzedir.
Artıq harada siqaret çəkmək olmaz?
Siqaret çəkmək tam qadağandır:
[yes_list]
- kafe-barlarda
- restoranlarda
- insanların yemək yediyi başqa yerlərdə
- kazinolarda
- gözəllik salonlarında
- mağazalarda
- ticarət obyektləri binalarında
- özəl ofislərdə
- zavod və fabriklərdə, emalatxanalarda
- anbarlarda
- terminallarda
[/yes_list]
Stadionlar üçün xüsusi bir tənzimləmə nəzərdə tutulub – siqaret çəkməyə ərazisinin 50 faiz hissəsində icazə verilə bilər, amma bir şərtlə ki, siqaret çəkənlərin çəkməyənlərdən təcrid olunması təmin edilsin.
Harada siqaret çəkmək olar?
- Fərdi yaşayış binasında
- Tütün tüstüsünün tədqiqi üzrə xüsusi laboratoriyada
- Penitensiar sistemdə
- Müvəqqəti saxlama təcridxanasında
- Lisenziya və icazələr haqda qanunun tələblərinə müvafiq olaraq qurulmuş siqar-barlarda
- Kazinolarda
- Aeroportun tranzit zonasında yemək və içməyin gətirilməsi qadağan olan, ventilyasiya sistemi ilə təmin olunmuş siqaret çəkmək üçün xüsusi otaqda
- Stasionar psixiatrik və palliativ mülicə müəssisələrində ağır xəstələrin olduğu yerlərdə.
Siqaretin qeyri-qanuni sayıldığı yerlər
Qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən, tütünün media və filmlərdə istənilən açıq nümayişi tam qadağandır.
Lotereyalarda uduş üçün siqaret çəkməklə bağlı heç nə, o cümlədən də heç bir aksessuar və ləvazimatlar təklif etmək olmaz.
Siqaretlər istənilən vitrin və piştaxtalardan – həm ticarət mərkəzinin çölündə, həm də içərisində yığılmalıdır.
Siqaretin vitrin və piştaxtalarda nümayiş edilmədən satışına icazə verildiyi yerlərdə böyük bir plakat asılmalıdır və burada qanunvericiliklə təsdiq edilmiş tibbi xəbərdarlıq, bundan başqa da siqareti atmaq istəyən adamlar üçün mütəxəssislə məsləhətləşmək üçün telefon nömrəsi təqdim olunmalıdır.