Əvvəlcə sərnişinlərin sifətlərində təəccüb yaranır, sonra da onlar Komitas, Motsart, Pyassollanın musiqi əsərlərini dinləyir və avtobusdan musiqiçilərə əl çalaraq, düşürlər. Artıq bir neçə gündür ki, bəzi Yerevan avtobuslarında canlı klassik musiqisi səsləndirilir. Musiqiçilər bu yolla işə tələsənləri klassik musiqiyə “daha yaxın etməyə çalışır.
“BuSymphony adlı qeyri-adi musiqi fleşmobu skripkaçı Aşot Tiqranyanın təşəbbüsü ilə keçirilir. Aksiya iştirakçıları “Aşot Tiqranyanın mədəni-musiqi fondu tərəfindən yaradılan Ermənistan-Amerika Kamera Orkestrinin (United American and Armenian Chamber Orchestra) ifaçılarıdır.
Fleşmob musiqiçiləri birləşmiş orkestrin noyabrda baş tutacaq ilk konsertinə hazırlayır. Fond rəhbərliyi bildirir ki, orkestrin tərkibində son dərəcə istedadlı və gənc ifaçılar çıxış edəcək.