Yerevan mənzilində hazırlanmış Yeni il oyuncaqları
Şimal qütbündən uzaqda, elflərin köməyi olmadan və möcüzəsiz-zadsız iyirmi səkkiz yaşlı Armen öz qonaq otağını Şaxta babanın emalatxanasına çevirib. Onun öz əlləriylə hazırladığı yolka oyuncaqları sonradan yaxınlarının, dostlarının və müxtəlif təşkilatların yolkalarını bəzəyir.
Armendən yolka “resepti”
Rəngli sap yumağı: 1-2 dənə Yapışqan (emulsiya): 3 çay qaşığı Plastik stəkan: 1 dənə İynə: 1 dənə Folqa ilə sarınmış karton: 50 santimetr Yaxşı əhval və fantaziya: hədsiz miqdarda.