Sanksiyalar kimi gözləyir?
“Azərbaycan: İnsan haqlarının əhəmiyyəti varmı? – ABŞ Konqresində dinləmələr belə adlanırdı. Azərbaycanlı məruzəçi ölkədən çıxış qadağasına görə Skype-la çıxış edib.
15 sentyabrda keçirilən dinləmələrdə iştirak edənlərdən biri öz qalmaqallı araşdırmaları ilə tanınan və müxtəlif ittihamlarla 1,5 il həbsxanada keçirən Xədicə İsmayıl oldu.
“Siz məni ölkədən çıxmağa qoymayın. Mən də evdən çıxmadan sizin ayıblarınızı danışım. Belə daha effektivdir, – Xədicə özünün “Facebook səhifəsində yazır. – Bir tədbirə qatılmaqdan ötrü uçuş vaxtı, səfər xərcləri çox sərf olunurdu. Təyyarələrdə keçirdiyim vaxt heyif olurdu, bir ölkədə olanda başqa ölkədə baş verən tədbirə qatıla bilmirdim. İndi günorta okeanın o tayında konfransdayam, axşam bu tayında.
İkinci məruzəçi hökumətin səyahət etməsinə icazə vermədiyi müxalif Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin oğlu Türkel Kərimli olub.
“Azərbaycan hökuməti (atamın) pasportunu yeniləməkdən imtina edib və o, son on ildə ölkədən çıxmaq qadağası ilə yaşayır, – deyə Kərimli bildirib. – Ailəm uzun illərdir daim təqib olunur. Həbs edilən əmim bu yaxınlarda həyatı ilə hədələnib. Partiyanın digər fəallarının ailə üzvləri də təqiblərə məruz qalıb.
Hər iki məruzəçi Azərbaycanda çoxlu sayda (yüzdən çox) siyasi məhbusun olması, çoxlu sayda insan hüquq və azadlıqlarının, o cümlədən də söz və sərbəst toplaşmaq azadlığının pozulması haqda danışıb.
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Piçard Kozlariç bildirib ki, ABŞ-ın uzun illər istifadə etdiyi “sakit diplomatiyanın xeyri olmadı. “Sakit diplomatiya siyasi məhbusları alver obyektinə çevirdi, – deyə o bildirib.
Kozlariç həm də (Makkeyn İnstitutunun direktoru ilə birlikdə) Azərbaycanda vətəndaş cəmiyyətində geniş rezonans yaradan və Azərbaycanın ABŞ-dakı səfirinin (məsləhətləşmə üçün) geri çağırılmasına səbəb olan, “The Washington Postda bu yaxınlarda çıxan məqalənin həmmüəllifidir.
Məqalə müəllifləri qeyd ediblər ki, bu ilin yazında sanksiya təhlükəsi Azərbaycan hakimiyyətini 16 siyasi məhbusu azad etməyə məcbur etdi. Beləliklə, ABŞ daha sərt mövqe sərgiləməlidi, çünki yeni həbslər və sentyabrın 26-na təyin olunan, prezidentin səlahiyyətlərini artıracaq referendum Azərbaycanda avtoritarlığı bir az da dərinləşdirir.
Sanksiya şəklində əsas təhlükə həmmüəllifi Cim Makqovern (ikinci həmmüəllif tanınmış respublikaçı Con Makkeyndir) və mətbuat tərəfindən “Qlobal Maqnitski siyahısı və ya “Qlobal Maqnitski adlandırılan və insan haqlarını pozan digər ölkə vətəndaşlarına qarşı fərdi sanksiyaların tətbiqini nəzərdə tutan hüquqi aktdır. Konqresdəki dinləmələrdən sonra Makqovern bildirib ki, qanun “ilin sonuna qədər Konqresdən keçəcək. Bu baş verməsə, biz administrasiyaya müraciət etmək istəyirik ki, onlar daha qətiyyətli olsunlar və etməyə haqqı olduqlarını etsinlər, yəni korrupsiya və insan haqlarının pozulmasında günahkar olan insanlara qarşı sanksiya tətbiq etsinlər.
Bakıda rəsmi hakimiyyət dinləmələr və fərdi sanksiyalar mövzusuna heç bir reaksiya vermədi, halbuki əvvəllər dövlət bu məsələ ilə bağlı fikir bildirib. Misal üçün, ötən ilki “Azərbaycanda demokratiya aktı qanun layihəsinin XİN, məmurlar, siyasətçilər və iqtidar yönlü mətbuat erməni yönlü qüvvələr tərəfindən hazırlandığını[1] [2] [3] [4]. Bu dəfə dinləmələri erməni yönlü adlandıran[5] və ABŞ-ı Azərbaycanda iğtişaşların hazırlanmasında ittiham edən iqtidar yönlü KİV-in qeyri-rəsmi mövqeyi bildirildi[6] [7].
İnternet şəbəkəsində bir-birini təbrik edən jurnalist və siyasi fəallardan başqa Konqresdə dinləmələr və sanksiyalarla bağlı müzakirələr demək olar ki, aparılmır:
“Əsas odur ki, büdcəmizdən pul alan bürokratlar və lobbiçilər hər şeyi alt-üst etməsinlər. Belə hər şey yaxşı olacaq, inşallah!
“Neft qüvvəsini itirib, indi də Qərbin demokratiya barədə düşünmək vaxtı gəlib çatıb. Heç nə əbədi deyil.
Dinləmələr haqqında xəbərin dərc olunduğu saytda yeganə Pərviz adlı şəxsin şərhi yer alıb:
“Tarix göstərir ki, bu cür rejimlər həmişə özünü təcrid yolunu seçir. Azərbaycan, daha doğrusu Əliyev rejimi isə artıq çoxdandır ki, məhz özünü təcrid yolunu seçib. Bizdə qloballaşma, Avropa, inteqrasiya ancaq sözdədir, işdə isə tamam başqa cürdür.
Bununla belə, məlum oldu ki, “realda hələ Konqresdə dinləmələr başlamamış bəziləri onların nəticələrini gözləyirdi.
Mağazada dialoq:
– Bu haqda çoxdan oxumuşam, indi hardadılar? Amerikalılar bu sanksiya məsələsini uzatmasaydılar, bu günə düşməzdik, – yaşlı bir kişi deyir. – Mən artıq “Zolotaya Yavaya keçmişəm [ucuz Rusiya siqareti], bir il əvvəl isə “qızıl Davidoff çəkirdim.
Satıcı cavab verir:
– Elə bilirsən, amerikanlar sənə siqaret alacaq?
Dərc olunub 19.09.2016