Bu sorğunu Batumidə keçirmişik və sual sosial şəbəkələrdəki qızğın mübahisələrdə və ictimai nəqliyyatdakı söhbətlərdə düz bir il ərzində səsləndirildiyi kimi idi:
“Gürcüstanda sağ sükanlı maşınları qadağan etmək lazımdırmı?”
Nəhayət sorğu hazırdır, bu yerdə də hökumətlə Gürcüstanda cəmiyyətin böyük hissəsi arasındakı uzun sürən və qalmaqallı mübahisə nəhayət bitdi. Sağ sükanlı maşınları qadağan etməyəcəklər.
Bu maşınlarla bağlı problemlər aşağıdakı kimi göstərilirdi:
“Sağ sükanlı maşınlar yollarda normal hərəkətə mane olurlar”, – Tbilisi meri David Narmaniya.
“Gürcüstanda sağ sükanlı maşınların qeydiyyatdan keçməsinə qadağa qoyulmasa tezliklə onların sayı o qədər artacaq ki, yol hərəkəti qaydalarını yenidən nəzərdən keçirməli olacağıq”, – daxili işlər nazirinin müavini Şalva Xutsişvili.
Nəticədə belə bir kompromiss əldə edilib:
“Hökumət sağ sükanlı avtomobillərlə bağlı məsələnin müzakirəsinə başlayıb və parlament Vergi Məcəlləsinə düzəlişlər qəbul edib, onlara əsasən, sənədləşdirmə bahalaşıb. Bu, sağ sükanlı maşınların sol sükanlı maşınlarla müqayisədə sayının artması ilə bağlı olan riskləri aradan qaldırdı. Yəni biz sərt yanaşmanı tələb etmirik”, – daxili işlər nazirinin müavini Şalva Xudişvili 17 fevral 2017-ci il tarixində mətbuat konfransında deyib.
Nəticədə sağ sükanlı maşınlara aksiz dərəcəsi üç dəfə bahalaşdı.