Saakaşvili azad edilməli, növbədənkənar seçki keçirilməlidir – Tbilisidə etirazlar
Gürcüstanda müxalifət fasiləsiz etirazlar elan edib
Həbsxanada aclıq 3edən eks-prezident Mixail Saakaşvilinin azad edilməsi və növbədənkənar parlament seçkilərinin keçirilməsi – noyabrın 8-də müxalifət bu tələblərlə bütün Gürcüstanda genişmiqyalı və fasiləsiz mitinqlər elan edib.
“etiraz aksiyası güclü, izdihamlı, davamlı və dinc olacaq”, – Tbilisidə Azadlıq Meydanında keçirilən aksiyada müxalif Vahid Milli Hərəkatın (Mixail Saakaşvilinin yaratdığı və 2003-cü ildən 2012-ci ilə qədər Gürcüstanda iqtidarda olmuş partiya) liderlərindən biri Nika Çelia deyib.
Noyabrın 8-də Meliya mitinqdə yeganə natiq olub.
O bildirib ki, müxalifət bu nitinqi ilə yeni mübarizə strategiyasına keçib – paytaxtın mərkəzində və Gürcüstanın müxtəlif regionlarında fasiləsiz mitinqlər.
“Siz oğurladığınız seçkiləri geri qaytarmayana, Mixail Saakaşvilinin sağlamlığı və həyatının təhlükəsizliyi təmin edilməyənə və o, həbsdən azad edilməyənə qədər biz getməyəcəyik, Tbilisi küçələri dolu olacaq”.
Melianın çıxışından sonra mitinq iştirakçıları izdihamlı piket keçirmək üçün hökumət administrasiyasının binası qarşısına yürüş edib.
Mitinqə iki saat qalmış məlum olub ki, Mixail Saakaşvili faktiki olaraq zorla həbsxana xəstəxanasına aparılıb.
Eks-prezident özü və bütün müxalifət onun Tbilisinin kənarındakı Qldani rayonunda yerləşən həbsxana xəstəxanasına köçürülməsinin əleyhinə idi. Xalq müdafiəçisi dəfələrlə orada keçmiş prezidentin müalicəsi üçün lazımi şəraitin olmadığını, üstəlik təhlükəsizliyi üçün risklərin olduğunu bildirib.
Hələlik müxalifətin yaxın günlər üçün fəaliyyət planı ilə bağlı daha ətraflı məlumat yoxdur. Nika Melia bildirib ki, “bu, əsəb müharibəsi olacaq”.
“Amma biz bu müharibəni iğtişaşlar baş vermədən qazanmalıyıq”, – Melia deyib.
Mixail Saakaşvili 2021-ci il oktyabrın 1-də gizli yolla vətənə qayıdandan sonra Tbilisidə həbs edilib. Elə həmin axşam o, aclıq elan edib.
Gürcüstanın üçüncü prezidentinə qarşı bir neçə cinayət işi qalırılıb. Bu işlərdən ikisi üzrə onun haqqında hökm elan edilib.