Rusiyalı jurnalistləri tələyə salıb, Kremllə sıx bağlılığı olan şəxslərin göstərişi ilə güllələdilər
Rusiyalı jurnalistlər Orxan Camal, Aleksandr Rastorquyev və Kiril Radçenko 2018-ci ilin iyul ayında Rusiya hakimiyyəti və ola bilsin ki, bilavasitə Vladimir Putinlə sıx bağlılığı olan şəxslərin göstərişi ilə öldürülüblər.
Bir neçə ölkədən olan jurnalistlərin iştirakı ilə yarım ildən çox davam etmiş müstəqil araşdırmanın müəllifləri belə nəticəyə gəliblər. Araşdırma Rusiyanın “Novaya qazeta” nəşrində dərc edilib və bütün suallara cavab verir: jurnalistlər bu səfərə niyə yollanılblar və onları kim, nəyə görə və hansı şəraitdə güllələyib.
Araşdırmanın nəticələrinin qısa icmalını təqdim edirik.
•Öldürülmüş jurnalistlər Afrika ölkəsində rusiyalı muzdlular haqqında araşdırma aparırdılar
Səfərin məqsədi
Bir qrup rusiyalı jurnalist Mərkəzi Afrika Respublikasına (MAR) yollanmışdı ki, bu ölkədə rusiyalı muzdluların mütəşəkkil qrupunun olması barədə məlumatı təsdiq, yaxud təkzib etsin.
Rusiyaya məxsus və beynəlxalq medianın məlumatına görə, “Vaqner qrupu” adı altında tanınan rusiyalı muzdlular bu ölkədə rusiyalı iş adamı Yevgeni Priqojinin biznesinin – qızıl hasilatının təhlükəsizliyini təmin edirlər.
Yevgeni Priqojin kimdir?
Yevgeni Priqojin kriminal keçmişə malik peterburqlu sahibkardır. Onu Rusiya prezidenti Putinin yaxın adamı hesab edirlər.
Priqojin Rusiyada və onun hüdudlarından kənarda “Putinin aşpazı” ləqəbi ilə çox məşhurdur. Bu ləqəbi ona şirkətinin Rusiyanın güc strukturlarının ərzaqla təminatı üzrə nəhəng dovlət sifarişləri aldığına görə veriblər.
Eyni zamanda, “Trollar fabriki” qeyri-formal adı altında çox məşhur olan İnternet araşdırmaları agentliyi də Priqojinə məxsusdur.
2016-cı ildə ABŞ prezidenti seçkilərində səsvermənin nəticələrinə təsir etmək cəhdlərində məhz bu agentliyi ittiham edirlər. O zaman kəskin rəqabət nəticəsində ölkənin hazırkı lideri Donald Tramp hakimiyyətə gəlmişdi.
• ABŞ prezidenti son nəticədə Rusiya agenti çıxa bilərmi?
Yenə də həmin agentliyi 2016-cı ildə Böyük Britaniyada keçirilmiş referendumun nəticələrinə təsir etmək cəhdində ittiham edirlər. O vaxt da cəmiyyətin faktiki parçalanması şəraitində səs üstünlüyü ilə Britaniyanın Avropa İttifaqından çıxması qərarı verilmişdi.
Bundan savayı, bir çox beynəlxalq mənbələr iddia edirlər ki, Priqojinin nəzarət etdiyi “Vaqner qrupu” muzdluları Suriya və Ukraynadakı hərbi əməliyyatlarda iştirak etmək üçün göndərib.
MAR-da nə baş verib: rəsmi versiya
Jurnalistlərin qətlindən sonra rusiyalı müstəntiqlər qrupu MAR-da olub. Onlar ölkədə üç gün qalıbar. Onların apardığı işin nəticələri hələlik açıqlanmayıb.
Rusiya Xarici İşlər Naziliyinin bəyanatında iddia edilir ki, “jurnalistlər qarət cəhdi nəticəsində qətlə yetiriliblər”.
MAR-da nə baş verib: müstəqil araşdırmanın nəticələri
Təhqiqatların idarə edilməsi mərkəzindən olan müstəqil jurnalistlər həmkarlarının ölümünün təfərrüarlarını araşdırıbıar. Onların versiyası belədir:
Orxan Camal, Aleksandr Rastorquyev və Kiril Radçenko beynəlxalq Təhqiqatların idarə edilməsi mərkəzinin dəstəyi ilə Mərkəzi Afrika Respublikasında rusiyalı hərbçiərin olub-olmamasını araşdırmağa başlayıblar. Bu Mərkəz Londonda yaşayan, Rusiya hakimiyyətinin və Rusiya prezidenti Vladimir Putinin kəskin tənqidçisi olan iş adamı Mixail Xodorkovski tərəfindən maliyyələşdirilir.
Elə həmin mərkəz Camalın, Rastorquyevin və Radçenkonun ölümünün müstəqil təhqiqatını təşkil edib.
Jurnalistlər MAR-da əlaqələr məsələsində kömək üçün həmkarlarına – moskvalı jurnalist Kiril Romanovskiyə müraciət ediblər. Romanovski Rusiyanın Yevgeni Priqojinin strukturları ilə bağlı olduğu hesab edilən “FAN” informasiya agentliyində işləyir.
Təhqiqatın müəllifləri hesab edirlər ki, həmin andan etibarən Camalın, Rastorquyevin və Radçenkonun taleyi həll edilmişdi.
Romanovski onlara MAR-da Martin adlı köməkçini məsləhət görür. Lakin müstəqil təhqiqatın gəldiyi qərara əsasən, belə bir adam heç vaxt olmayıb, bu ad altında isə yerli polisin əməkdaşı fəaliyyət göstərib ki, o da bu ölkədə fəaliyyət göstərən “Vaqner qrupu”nun nümayəndələri ilə sıx əlaqədədir.
Müstəqil təhqaqatın müəllifləri iddia edirlər ki, jurnalistləri tələyə salaraq güllələyiblər. Baş verənlər isə qarət kimi təqdim olunub.
Öz versiyalarının sübutu olaraq Təhqiqatların idarə edilməsi mərkəzinin jurnalistləri çoxsaylı sənədlər və fotomateriallar təqdim ediblər.
Operatorlar tərəfindən jurnalistlərə təqdim edulmiş mobil rabitə istifadəçilərinin əlaqələrinin siyahıları xüsusilə qiymətlidir.
Təhqiqatın müəllifləri təhlükəsizlik baxımından bəzi məlumatların mənbələrini göstərməkdən imtina ediblər.