“Navalnıya azadlıq!” Bütün Rusiyada müxalifətçiyə dəstək aksiyaları. Foto
Yanvarın 23-də bütün Rusiya ərazisində kütləvi etiraz aksiyaları keçirilib. Etirazçıların əsas tələbi müxalifətin həbsdə olan lideri Aleksey Navalnının azad edilməsidir.

Rusiyanın bir çox böyük şəhərlərində aksiyalar və yürüşlər baş tutub. Ən kütləviləri Moskvada və Sankt Peterburqda olub. Reuters-in dəyərləndirməsinə görə, Moskvada aksiya iştirakçılarının sayı 40 min nəfərdən çox olub.
Aksiya iştirakçıları “Navalnıya azadlıq!”, “Putin-oğru” və “Rusiya azad olacaq” şüarları səsləndiriblər.




Mitinqçilərə qarşı polis və Rusiya qvardiyası dəstələri səfərbər edilib. “Novaya qazeta”nən məlumatına əsasən, yanvarın 23-də axşam bütün ölkədə 1600 nəfərdən çox insan saxlanılıb, onlardan 500 nəfərdən çoxu Moskva aksiyasının iştirakçılarıdır.
Bir neçə jurnalist saxlanılıb və döyülüb.
Hələ aksiya başlamazdan əvvəl Aleksey Navalnının həyat yoldaşı Yuliya saxlanılıb.




Moskvada polis və aksiya iştirakmıları arasında bir neçə toqquşma baş verib. Hakimiyyətin məlumatına əsasən, güc strukturlarının 39 nəfər əməkdaşı ziyan çəkib.
Люди перестали боятся. Такого в Москве не было со времён манежки. Только теперь довели самых обычных людей. Не бойцов и не фанатов. pic.twitter.com/Q67bUlTEAe
— Mikhail Svetov (@msvetov) January 23, 2021

