Riodakı Olimpiya oyunları rəqəmlərlə
Rio-de-Janeyroda keçirilən Olimpiya oyunlarının rəsmi bağlanışı avqustun 21-də oldu. Medalların ümumi sayına görə birinci beş yeri ABŞ (121 medal), Böyük Britaniya (67 medal), Çin (70 medal), Rusiya (56 medal), Almaniya (42 medal) tutub.
Ermənistan, Gürcüstan və Azərbaycan öz nailiyyətlərinə görə digər 45 ölkənin arasında qərarlaşdı. Ən çox – 18 medal Azərbaycan idmançıları aldı (1 qızıl, 7 gümüş, 10 bürünc). Gürcüstanın 7 medal (2 qızıl, 1 gümüş, 4 bürünc), Ermənistan isəa 4 medal (1 qızıl, 3 gümüş) qazanıb.
Riodakı Olimpiya oyunları 205 ölkənin iştirakı ilə tarixdə qaldı. Onların arasında müstəqil dövlətlər kimi ilk dəfə Kosovo və Cənubi Sudan iştirak edirdi. Bundan başqa, yarışlarda ilk dəfə olaraq qaçqınlar və müstəqil idmançılardan ibarət olimpiya komandası təmsil olunurdu. Rioda iştirak edən 11303 idmançının 45 faizi qadınlar idi.
Riodakı Olimpiadada amerikalı üzgüçü Maykl Felps bütün dövrlərin rekordunu təzələdi. Olimpiya oyunlarında ilk dəfə 2000-ci ildə iştirak edən Felps 23 qızıl medal qazanıb. Felpsin idmançı deyil, ayrıca bir ölkə olduğunu təsəvvür etsək, o Sidneydəki Olimpiada vaxtlarından qızıl medalların sayına görə 16-cı yerdə olacaq. Rio-de-Janeyroda daha bir rekord Yamaykalı spinter Useyn Bolta aiddir. O, üç idman növündə 3 qızıl medal qazanan ilk idmançı oldu.
Məqalə rio2016.com və birinflight.com resurslarının məlumatı əsasında hazırlanıb.
Dərc edilib: 22.08.2016