Bu işlərin müəllifi 26 yaşlı Yerevan sakini Armen Mxoyandır. Peşəsi elə belə də adlanır: qum üzrə rəssam.
“Bu, çox güclü sakitləşdirici effekt verir. Şəkil çəkəndə eynən dəniz sahilində isti qumla oynadığım vaxt keçirdiyim hissləri yaşayıram.
Çoxları elə düşünür ki, şəkilləri barmaqlarımla çəkirəm. Əslində isə belə deyil. Qum üzərində təsvirləri iki üsulla əldə etmək olar: qumu ağ səthə səpmək və ya artıq qum örtülmüş səthi təmizləmək.
Qum üzərində şəkillər qalmır. Amma bu təsvirləri fiksə etməyi öyrənənlər də tapıldı. Rəngli qumla şəkil çəkənlər də var. Amma düşünürəm ki, bütün bunların klassik “sand art”la heç bir əlaqəsi yoxdur”.