Qripə necə yoluxmayasan. Detallı izah edirik
Yanvar-fevral aylarında təkcə Gürcüstanda deyil, bütün Şimal Yarımkürəsində qrip mövsümüdür.
Qripin ən geniş yayılmış xəstəliklərdən biri olmasına baxmayaraq, çoxları onun haqqında ətraflı bilgilərə malik deyillər.
JAMnews qrip virusu ilə bağlı ən geniş yayılmış sualları toplayıb. Materialı hazırlayarkən biz ancaq Ümumdünya Səhiyyə Təşkilatı (WHO), ABŞ-ın Xəstəliklərə Nəzarət Mərkəzi (CDC) və Kokreynov Tibbi Kitabxanasının məlumatlarını əsas götürmüşük.
Bundan başqa, Gürcüstanın təcrübəli pediatrı Maka Lomidzenin məsləhətlərini.
Niyə qripə qarşı peyvənd olunmalıyıq?
Qrip (influenza) potensial olaraq kifayət qədər təhlükəli xəstəlikdir. Hər il qripə milyonlarla insan yoluxur. Yüz minlərlə adam xəstəxanaya düşür, minlərlə adam ölür.
Mövsüm qripinə qarşı peyvənd ondan qaçmağın ən yaxşı vasitəsidir.
Qripə qarşı peyvənd xəstəlik riskini, bundan başqa, qripə görə xəstəxanaya düşmək hallarını və nəticədə ölüm hallarını xeyli azaldır.
• Gürcüstanda təşviş. “Donuz qripi” üzündən on üç ölüm
• Yeni səhiyyə proqramında öz yerini tap. Konkret hansı sığorta növündən istifadə edəcəyini öyrən
• Gürcüstanın 2019-cu il büdcəsi necə olacaq? Qısa və aydın
Peyvənd necə işləyir?
Peyvənddən sonra anticismlərin (immunoqlobulinlər, qoruyucu zülallar) istehsalı başlayır, buna da iki həftə vaxt lazımdır.
Məhz bu anticisimlər peyvəndin tərkibinə daxil olan qrip vurislarından müdafiəni təmin edirlər.
Hər il tədqiqatlar yolu ilə cari mövsümdə fəal olacaq viruslar müəyyən olunur və qripə qarşı peyvənd də məhz onlardan qoruyur.
Bu gün qripdən iki peyvənd növü mövcuddur – üçvalentlik peyvənd (bura A qripinin iki növü – H1N1 и H3N2 və B qripinin bir növü — B/Colorado/06/2017 daxildir);
Və dördvalentlik peyvənd (yuxarıda qeyd olunan üç tipdən başqa B qripinin daha bir növü olan B/Phuket/3073/2013 əlavə olunur).
Qripin xeyli daha çox sayda növü mövcuddur, amma bu dörd növ son zamanlar xeyli daha çox yayılıb. Buna görə də peyvəndlərin tərkibinə məhz bu növlər daxildir.
ABŞ-ın Xəstəliklərə Nəzarət Mərkəzi (CDC) bir çox başqa ölkələrdə olduğu kimi, hər iki növ lisenziyalaşdırılmış peyvəndi tövsiyə edir. Hesab olunur ki, onların heç biri digərindən üstün deyil. Sadəcə hər iki peyvəndin öz xüsusiyyətləri var, onları da həkim sizə vaksinasiya zamanı asanlıqla izah edəcək və ikisindən sizə daha uyğun olanını seçəcək.
Peyvənd kimlərə mütləq lazımdır?
6 ayı tamam olan hər kəsə. Özü də hər il.
ABŞ-ın Xəstəliklərə Nəzarət Mərkəzinin (CDC) mütəxəssisləri hesab edir ki, yüksək risk qrupuna daxil olan insanlar mütləq peyvənd olunmalıdır.
Bu qruplar:
• Artıq 6 ayı tamam olmuş uşaqlar;
• 65 yaşdan böyük olan yaşlı insanlar;
• Tibb müəssislərinin işçiləri;
• Müxtəlif xroniki xəstəliklərdən əziyyət çəkən insanlar (diabet, astma, xroniki ürək, ağ ciyər, əsəb sistemi, böyrək, qara ciyər və digər orqanların xəstəlikləri);
• Qeyd olunan risk qrupları ilə birlikdə yaşayan və ya təmasda olan insanlar (misal üçün, körpə uşağın valideynləri və ya astma xəstəsinin ailə üzvləri).
Nə vaxt peyvənd olunmaq lazımdır?
Peyvənd üçün ən yaxş vaxt qrip mövsümü başlayana qədərdir – hardasa oktyabrın axırlarında.
Amma bu o demək deyil ki, bu vaxta qədər peyvənd olunmasaz, bundan sonra etmək olmaz.
Peyvənd olunmaq gecdir – deyənlərə inanmayın. Peyvəndin laboratoriya şəraitində təsdiq olunan qripi keçirəndən sonra da xeyri var.
Niyə? Ona görə ki, yuxarıda yazdığımız kimi, peyvəndin tərkibində 3 və ya 4 qrip virusu var və hətta insan bir qripi keçiribsə, başqa növ qripə yoluxmaq rispi qalır.
Peyvəndin hər il təkrarlanmasına nə ehtiyac var?
Bunun iki səbəbi var.
• Birinci səbəb: qrip virusuna immun yaddaşı (yəni müdafiənin müddəti) uzun deyil. Yeni mövsüm başlayana qədər ötən il alınan müdafiə tədricən zəifləyir, buna görə də optimal nəticə üçün hər il peyvənd olunmağa ehtiyac var.
• İkinci səbəb: Qrip virusunun düsturu daimi dəyişir. Deməli peyvəndin düsturunun da hər il yenidən nəzərdən keçirilməsi və yenilənməsinə ehtiyac yaranır.
Peyvənd olunsam, bu o deməkdir ki, qripə yoluxmayacam?
Peyvənd qripdən tamamilə deyil, 60 faiz qoruyur.
Peyvənd olunan insan qripə aşağıdakı səbəblərdən yoluxa bilər:
• Ola bilsin, siz peyvənddən bir az əvvəl və ya olunandan bir az sonra qripə yoluxmusuz (yadınıza salın ki, anticisimlərin istehsalına iki həftə lazımdır).
• Təbiətdə çox sayda qrip virusu var. Peyvəndin tərkibinə isə cəmi iki və ya üç növ daxildir. Deməli, sizə peyvəndin tərkibinə daxil olmayan qrip virusu ilə üzləşə bilərsiz.
• Peyvəndin tərkibinə daxil olan qrip virusuna da yoluxmaq olar. Heç kim demir ki, peyvənd 100 faizlik müdafiəni təmin edir.
Müdafiə dərəcəsi bir çox amillərdən, o cümlədən, yaşdan, sağlamlıq durumundan asılıdır. Bu mənada ən yaxşı nəticələr gənclərdə və uşaqlardadır.
Yaşlı və ya xroniki xəstəliklərdən əziyyət çəkən insanların immun cavabı zəifdir. Bir yaxşı xəbər də var ki, peyvənd xəstəliyin ağırlığına müsbət təsir göstərir – xroniki xəstəliklərdən əziyyət çəkən və ya yaşlı insanlara peyvənd olunubsa, onlar xəstəliyi peyvənd olunmayanlardan daha asan keçirir. Xəstəxanaya daha az-az düşəcəklər, ölümlə nəticələnmə riski də azalacaq.
Nəticə: Peyvənd mükəmməl vasitə olmasa da, qripdən müdafiə üçün mövcud olan vasitələrin ən yaxşısıdır.
Peyvəndin əlavə təsirləri var?
Yoxdur. Peyvənddən qorxmaq lazım deyil. Peyvəndin səbəb ola biləcəyi yeganə xoş olmayan fəsad peyvənd yerində zəif ağrılar və qızartı ola bilər. Nadir hallarda peyvənd olunan adamların qızdırması olur, başı və əzələləri ağrıyır, zökəm də ola bilər, amma bütün bunlar uzağı iki günə keçir.
Qızdırmam olan kimi, “Tamiflü” içəcəm
Ümumdünya Səhiyyə Təşkilatının Gürcüstan ofisinin rəhbəri Marian İvanuşa xüsusi brifindqə xatırladıb ki, dərman konfet deyil və onu şəxsi qərarınla qəbul etmək olmaz.
Bu, o cümlədən “Tamuflü”ya, indiki dövrdə bazarda analoqu olmayan qrip virusuna qarşı olan preparata da aiddir
Onun sözlərinə görə, əksər pasientlərin güclü antivirus preparatı olan “Tamiflü”ya ehtiyacı yoxdur, onu müstəsna hallarda qəbul etmək lazımdır.
“Tamiflü” antibiotikə bənzəyən antivirus preparatıdır. Amma antibiotikdən fərqli olaraq, o, bakteriyalar deyil, virusa qarşıdır.
Qripə yoluxmamaq üçün peyvənddən başqa daha nə etmək olar?
Gigiyena qaydalarına riayət edin və virusun fəal yayıldığı dövrlərdə qələbəlik yerlərdən qaçın.
Virusun selikli qişaya düşməməsi vacibdir. Bunun üçün vacibdir:
•Əlləri tez-tez və düzgün sabunla yumaq (yanınızda su yoxdursa, əlləri təmizləmək üçün olan və istənilən aptekdə satılan xüsusi antibakterial vasitələrdən istifadə etmək. Yeri gəlmişkən, qrip virusunun yayıldığı vaxt bu, çantanızda oksolin mazından xeyli daha lazımlı şeydir)
• Gözlər, burun və ağıza – selikli qişanın olduğu yerlərə toxunmamaq
• Qələbəlik yerlərdən bacardığınız qədər qaçın
Ümumdünya Səhiyyə Təşkilatının əllərin düzgün yuyulması ilə bağlı videoçarxına baxın:
Daha bir qızıl qayda – qripə yoluxmuş insan başqalarından izolyasiya olunmalıdır. Bu zaman işə getmək və yaxınlarınızla sıx təmasda olmaq yolverilməzdir.
CDC tövsiyə edir ki, qrip keçirmiş insan sonuncu dəfə qızdırması olandan sonra əlavə 24 saat ərzində evdə qalmalıdır.
İkinci qızıl qayda – qripə yoluxmuş insan düzgün asqırmalı və öskürməlidir. Ağzınızı və burnunuzu birdəfəlik kağız salfetlə tutun, istifadədən dərhal sonra da onu atın. Salfetiniz yoxdursa, üzünüzü dirsəyinizdə gizlədin. Çılpaq barmaqlar və ya biləyinizdən istifadə etməyin – çünki həmin əllərlə müxtəlif əşyalara toxunacaq və virusu yayacaqsız. Həm də virusun yayılması mənbəyinə çevrilə biləcək parça dəsmaldan istifadə etməyin.
Hidrogen peroksidi və burunda sarımsaq?
Hidrogen peroksidi içmək və ya damızdırmağın mənasız olması barədə danışmağa dəyməz. Bu, heç bir kömək etməsə də, zərər yetirə – yandıra biləcək.
Sarımsaq da böyük ehtimalla kömək etməyəcək. Sarımsaq və ya C vitamininin qriplə əlaqədar profilaktik effektini sübut edən elmi iş mövcud deyil.
Yeri gəlmişkən, tibbi maska da xüsusi nəticə vermir. Düzdür, maskada olanda siz üzünüz, ağzınız və burnunuza daha az toxunursuz.