Qiyamətin 5 əlaməti
“Facebook folklorundan:
– Molla əmi, dollar almaq halaldır, yoxsa haram?
– Bismillah-ir-rəhman-ir-rəhim. Ay oğul, əlbəttə ki, haramdır. Özü də haramın haramı. Çünki onu massonlar buraxır, müsəlmanları zəiflətmək məqsədilə! Dollar demişkən, banklar dollar verir?
1. Qarşıdan gələn devalvasiyanın birinci və ən başlıca əlaməti Mərkəzi Bankın heç bir devalvasiyanın olmayacağı ilə bağlı bəyanatıdır. Belə hal artıq olub, avqustun 22-də Mərkəzi Bank bildirib ki, “devalvasiya haqqında şayiələr əsassızdır
2. Banklar valyuta satışını dayandırır. Bu əlamət də göz qabağındadır: artıq avqustun ortalarından başlayaraq, heç bir bank “adam başı yüz dollardan artıq satmır.
3. Qiymətlər qalxır. Hər şey elektrik enerjisinin qiymətindən başladı. Sonra isə yavaş-yavaş ərzaq, paltar və tikinti materialları da bahalaşdı.
4. Boş kafelər. Bu o demək deyil ki, insanların evdən kənarda yemək imkanı yoxdur. Sadəcə manatın məzənnəsinin növbəti dəfə düşməsi ərəfəsində (və bilavasitə ondan sonra) azərbaycanlılar instinktiv olaraq daha az pul xərcləməyə, “ayaqlarını yorğanlarına görə uzatmağa başlayır.
5. Sosial şəbəkələrdə xalq folkloru. Bu, 2015-ci ilin dekabr ayından başlayaraq, artıq üçüncü devalvasiyadır. Birinci dəfə hamı panikaya düşmüşdü, ikinci dəfə hər şeyi məsxərəyə qoydular. Bu dəfə isə hətta şeir qoşanlar da var.
Dərc edilib 06.09.2016