“Qarda hər şey eyni olur”. Müharibə iştirakçılarının hekayələri
44 günlük Qarabağ müharibəsində yaralananlar
“Mən oktyabrın 25-də yaralandım. Əvvəlcə məni təcili yardım maşınında Stepanakert xəstəxanasına, oradan isə Yerevana, Erebuni tibb mərkəzinə apardılar. Mən bədənimin yarısını hiss etmirdim və artıq nə baş verdiyini təsəvvür edirdim”.
Gevorq Karapetyan Vazgen Sarkisyan adına Hərbi Universiteti bitirib və hərbi xidmətə başlayıb. Gevorq 2020-ci ilin payızında 44 günlük müharibə vaxtı hava bombası partlayışı nəticəsində qəlpə yaraları alıb.
“Müharibəyə qədər mən təsəvvür eləmirdim ki, məsələn, maşını əlillər üçün nəzərdə tutulmuş pandusun altında saxlamaq olmaz, çünki məhdud imkanlı insanların problemləri ilə qarşılaşmamışdım”.
Tərəflərin rəsmi məlumatına əsasən, 2020-ci il Qarabağ müharibəsi zamanı Azərbaycan tərəfindən 2904, Ermənistan tərəfdən isə 3788 nəfər həlak olub. Azərbaycan tərəfindən 2772, Ermənistan tərəfdən isə 1494 nəfər əlillik statusu alıb.
“İndi isə əgər mən tək çıxmaq istəsəm, şəhərdə kiminsə köməyi oolmadan hərəkət edə bilməyəcəm. Şəhərdə gedib çıxa biləcəyim bir neçə yer var, amma onlar çox azdır.
Maşın almaq, özümə uyğunlaşdırmaq və müstəqil şəkildə hərəkət etmək qərarına gəldim, çünki elə taksilərlə qarşılaşırdım ki, arabam onların yük yerinə yerləşmirdi, çünki orada qaz balonu olurdu (Yerevanda bir çox taksilər yanacaq kimi maye qazdan istifadə edir).
Salona da arabanı qoymaq problemli olurdu, çünki çox vaxt araba çirkli olur. On sürücüdən səkkizi deyir: “Bağışla, qardaş, mən əlil arabasını maşına qoya bilmərəm”.
Bilirsiz, bu uyğunlaşa biləcəyin vəziyyət deyil, amma mən heç vaxt bu faktla barışa bilməyəcəm”.
Panduslar, liftlər və digər “dəbdəbə vasitələri” əsasən paytaxtda cəmləşib – “Unison” ictimai təşkilatının direktoru Armen Alaverdyan deyir.
“Əlbəttə, əlil arabasındakı iinsan üçün ən böyük problem əlçatmazlıqdır. Amma insanın küçəyə çıxmaq üçün hansısa məqsədi olmalıdır, məsələn, harasa getsin, kimləsə görüşsün, mağazaya girsin, amma bütün bu yerlərə hələ gedib çıxa bilmək lazımdır.
Hətta şəhərdəki ictimai yerlər də məhdud imkanlı insanlar üçün əlçatmazdır”, – Armen Alaverdyan deyir.
44 günlük Qarabağ müharibəsində yaralananlar
Xaçik Vardanyan Ambred kəndində Müqəddəs Məryəm kilsəsinin keşişidir: “Mən 2020-ci il müharibəsinin ikinci günündə könüllü qismində Artsaxa (Qarabağ) yerli yeparxiyaya köməyə getdim”.
“Mən 12 yaşım olanda kilsəyə getməyə başlamışam və əvvəlcə ailəm buna qarşı idi. Mən həmişə deyirdim ki, kilsəyə elə-belə getmirəm, məni ora nəsə cəlb edir”, – o danışır.
“Üstəlik bu cazibə o qədər güclü idi ki, nəticədə mən ailəmə, ətrafıma qarşı çıxdım, baxmayaraq ki, 12 yaşlı uşaq ciddi ideyaya sahib ola və onun arxasınca gedə bilməz. Mənə güclü psixoloji təzyiq göstərirdilər. İnsanlar kiminsə onlardan çox fərqlənməsinə dözə bilmirlər”.
“Müharibə zamanı alay keşişlərinin əsas vəzifəsi “modla” (bizdə əsas hərbi heyətə daxil olmayan, müharibə zamanı səfərbərliyə çağırılmış şəxsləri belə adlandırırlar) iş, onlara psixoloji yardımın göstərilməsi idi, amma onlar daha artığını edirdilər.
Din xadimləri insanları müharibənin ən qaynar nöqtələrindən çıxarırdılar”.
“Gözüm qumbaraatan atəşi nəticəsində zədələnib. İki qumbara zərbəsi oldu. Gözüm ilk qumbara zərbəsində zədələndi, mən artıq uzandığım və tibbi yardım gözlədiyim vaxt isə yanımda ikinci qumbara partladı.
Əvvəl mən deyirdim ki, əgər insan bir az günah etsə, o heç nə görməli deyil. İndi isə mən anlayıram, kor olmaq və dünyanı görməmək necə dəhşətlidir. Tam əlil olursan.
Bu pproblemlərlə qarşılaşmadıqda, onlar o qədər uzaq görünür ki, Məsələn, indi, mən protezlərə baxdığım zaman mən düşünürəm ki, əvəz edilməsi mümkün olmayan yeganə orqan gözdür.
Əl və ayaq protezləri əlbəttə ki, tam olmasa da, yenə də müəyyən funksiyaları yerinə yetirir, göz protezi isə funksional olaraq istifadə olunmayan, sadəcə estetik görünüş üşün istifadə olunan yeganə protezdir”.
2020-ci il Qarabağ müharibəsi zamanı Ermənistan tərəfdən 106 nəfər görmə qabiliyyətini tam və ya qismən itirib.
“Bəzən mənim dostum yanımda oturur, bir gözünü bağlayır ki, məni anlamağa çalışsın. Mən isə ona deyirəm: “Onsuz da anlamayacaqsan, axı sənin beynin dünyanı başqa cür qavrayır, çünki sənin iki gözün var”. Gözünü bir neçə dəqiqəlik yummaq bir şeydir, illərlə belə yaşamaq isə tam başqa bir şeydir.
Mən məsafə hissini itirmişəm. Elə olur ki, hətta başqa insanlarla toqquşuram. Tünd eynəklə gəzdiyin zaman insanlar sənin probleminin olduğunu görmürlər, onlar sənə başqa cür baxırlar.
Mənə elə gəlir ki, müharibə zamanı görmə problemi yaranan əsgərlərin həm də eşitmə problemi yaranıb, xüsusilə əgər yanında mərmi partlayıbsa. Axı bu, əlavə problemlər də yaradır.
Mən tez-tez gözlərimlə bağlı zarafat edirəm, əslində isə ətrafda çox insan olanda mən özümü narahat hiss edirəm, çünki bilirəm ki, kimsə kiməsə nəsə ötürsə, mən bunu görməyəcəm.
Digəri nəsə danışır, mən isə eşitmirəm və mən artıq söhbətdə iştoorak etmirəm, ancaq bir hissəsini qavrayıram, ətrafımda baş verənlərin ancaq yarısını anlaya bilirəm.
Məni ən çox əvvəlki kimi təbiət səfərlərinə gedə bilmədiyimə görə məyus oluram. Harada yüksək, harada alçaq olduğunu hiss etmirəm. Qarda isə ümumiyyətlə heç nəyi ayırd edə bilmirəm, çünki daşlar və kollar görünəndə müəyyən qədər istiqamət tutmaq mümkündür. Qarda isə hər şey eyni rəngdə olur və mən anlamıram hara yüksəkdir, hara alçaqdır, hara əyridir, hara düzdür.
Həmişə hesab edirdim ki, həyatda təsadüflər olmur, hər şey müəyyən olunub. Bəlkə bu, sınaq, bəlkə qiymətləndirmə, bəlkə də cavab idi.
Mənə deyirlər: “Sən o qədər xeyirxah işlər görmüsən ki, Tanrı sənə rəhm edib”. Mən isə dini nöqteyi-nəzərdən hesab edirəm ki, artıq həyatda olmayanlar xilas olublar. Sağ qalanlar isə hələ təmizlənməlidir”.
Müharibədən sonra Ermənistan tərəfdən 113 nəfər birinci qrup, 397 nəfər isə ikinci qrup əlil statusu alıb. Əmək və Sosial Məsələlər Nazirliyinin təkrar müayinə departamenti bu statusun tanınması və ya tananmaması ilə bağlı 346 apllyasiyaya baxıb. Yalnız 18 qərar dəyişdirilib.
“Mənə üçüncü dərəcə qrup əlillik verilib, amma bunu öyrənən hamı bir ağızdan deyir ki, heç olmasa ikinci verilməli idi. Xəstəxanadan çıxanda bu qərara yenidən baxılması haqda ərizə verdim, amma şərtləri oxuyandan sonra.
Mənə deyirlər ki, [yaralanma və ya qəza nəticəsində] qol yerində qalıbsa, amma işləmirsə, yenə də ikinci qrup verilməyəcək.
Qanunda deyilib ki, əgər məsələn, sənin bir əzan dirsəkdən aşağı amputasiya olunubsa və səndə korluq varsa, bu, üçüncü kateqoriyadır, əgər qolun çiyindən amputasiya olubsa və korluq varsa, artıq ikincidir.
Əgər sənin ayağın dizdən aşağı kəsilibsə və korluq varsa, bu, üçüncü kateqoriyadır.
Aydın deyil ki, ayağın dizdən yuxarı və ya aşağı amputasiya olunmasının nə dəxli var – axı istənilən halda ayaq yoxdur. Bu artıq marazma gedib çıxır”.
Tələbatların qiymətləndirilməsi ən çətin problemlərdən biridir, əsasən ona görə ki, müvafiq qanunlar bu yaxınlarda qəbul edilib – “Tammənalı həyat” ictimai təşkilatının üzvü Sipan Asatryan hesab edir.
“Ötən il qanuna tələbatların qiymətləndirilməsinin insanın funksionallığının dəyərləndirilməsinə əsaslanmalı olduğu haqda dəyişiklik edilib. İndi ancaq birinci və ikinci əlillik dərəcəsi verilir, amma bu, insanın hansı tələbatlarının olması haqda heç nə demir.
Gələcəkdə isə yalnız tibbi nöqteyi-nəzərə əsaslanan funksionallığın dəyərləndirilməsi aparılacaq”, – Asatryan deyir.
Yetkin yaşında görmə qabiliyyətini itirmiş insanların problemləri haqda danışan zaman Sipan Asatryan qeyd edir ki, ağlına gələn ilk çətinlik sosial-psixoloji dəstəyin göstərilməsidir.
“Uşaq görmə problemi ilə doğulanda və ya erkən yaşlarda problem qazananda, o, daha asan adaptasiya olur. Amma insan yetkin yaşında olduqda yeni vəziyyətə adaptasiya təbii ki, problem oolacaq.
Bu halda insana adaptasiya olmağa, hətta görmədən də yeni vərdişlər əldə edə biləcəyini, yeni həyata uyğunlaşa biləcəyini anlamağa yardım etmək vacibdir”, – Sipan Asatryan deyir.
Bu hekayə “Trayektoriya” media layihəsinin bir hissəsidir. Layihə Cənubi Qafqazda münaqişənin həyatlarına toxunduğu insanlardan bəhs edir. Bütün Cənubi Qafqazdan olan müəlliflər və redaktorlarla işləyir və münaqişələrin heç birində tərəflərdən heç birini dəstəkləmir. Bu səhifədəki materiallara görə müəlliflər məsuliyyət daşıyır. Əksər hallarda toponimlər müəlliflərin cəmiyyətlərində qəbul olunduğu kimi istifadə edilir. Layihə Avropa İttifaqının dəstəyilə GoGroup Media və International Alert təşkilatları tərəfindən həyata keçirilir.