Qarabağda müstəqilliyin 26 illiyini qeyd edirlər
фото: artsakhpress.am, hetq.am
Dağlıq Qarabağda müstəqilliyin 26 illiyini qeyd edirlər. Səhər tezdən başlayan bayram tədbirləri təkcə paytaxtda deyil, bütün şəhər və kəndlərdə də keçirilir.
Ermənistan prezidenti Serj Sarqsyanın başçılığı altında nümayəndə heyəti bayram tədbirlərində iştirak etmək üçün Qarabağdadır, müxtəlif ölkələrdən də qonaqlar gəlib.
Qarabağın sakinləri ilə birlikdə rəsmi şəxslər və xarici qonaqlar Stepanakertin İntibah meydanından şəhərin memorial kompleksinə qədər gedib, burada qələbənin rəmzi olan heykəlin qarşısında güllər və əklillər qoydular.
Bu gün güllər Qarabağ müharibəsində həlak olan əsgərlərin məzarları üstünə də qoyulub. DQ müdafiə ordusunun fəxri qarovulunun təntənəli marşı da baş verdi.
Axşam İntibah meydanında atəşfəşanlıqla yekunlaşan bayram konserti baş tutacaq.
Dərc olunan materialdakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materiallara yazılan, təhqir, təhdid, zorakılığa çağırış kimi qiymətləndirilə və ya başqa səbəblərdən etnik narazılıq doğura bilən şərhləri silmək haqqını özündə saxlayır