2020-ci il oktyabrın 22 Qarabağda baş verən hərbi əməliyyatlarla bağlı xəbərlər
-
“Sərhədin tam nəzarət altına alınmasından söhbət gedə bilməz” – Ermənistanın Müdafiə Nazirliyinin nümayəndəsi İlham Əliyevin bəyanatını təkzib edib
Az əvvəl İlham Əliyev Twitter-də yazıb ki, Azərbaycan ordusu Ağbənd qəsəbəsinə nəzarət altına alıb və bununla da Azərbaycanın İranla sərhədini bərpa edib.
“Bütün sərhəd boyu intensiv döyüşlər gedir. Azərbaycanın tam nəzarəti haqda söhbət belə gedə bilməz. Əgər hansısa hissələrdə Azərbaycan qoşunları Araz çayını görə biliblərsə, bu, tam nəzarət demək deyil”.
Hovannistan yenə də deyib ki, Azərbaycan SQ gün ərzində ön cəbhənin bütün istiqamətlərində fəaliyyətdə olub, amma “bütün hücum cəhdlərinin qarşısı alınıb, bəzi yerlərdə geri orurdulub”.
Müdafiə Nazirliyinin nümayəndəsi Vladimir Putinin münaqişə tərəflərinin hər birinin 2 mindən çox can itkisi olduğu haqda bugünkü bəyanatını da şərh edib. Ermənistanın Müdafiə Nazirliyi 900 nəfərin həlak olduğunu bildirib.
“Yəni aydın deyil ki, ümumiləşdirilmiş rəqəm səsləndirilib? Rusiya prezidenti konkret rəqəm açıqlaya bilməzdi – bu, istisnadır”, – Hovannisyan deyib.
-
Azərbaycan ordusu Azərbaycanla İranın dövlət sərhədini tam bərpa edib – İlham Əliyev
Azərbaycan prezidenti İlham Əliyev özünün “Twitter” hesabında daha üç rayonun bir neçə yaşayış məntəqəsinin Azərbaycan ordusunun nəzarəti altına keçməsi barədə məlumat verib.
Prezidentin tvitlərində aşağıdakı yaşayış məntəqələri qeyd olunur:
Füzuli rayonu: Mollavəli, Yuxarı Rəfidinli, Aşağı Rəfidinli kəndləri;
Cəbrayıl rayonu: Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndləri;
Zəngilan rayonu: Ağbənd qəsəbəsi, Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri.
“Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olundu”, – İlham Əliyev qeyd edib.
Müzəffər Azərbaycan Ordusu Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfidinli, Aşağı Rəfidinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!
— İlham Əliyev (@azpresident) October 22, 2020
Müzəffər Azərbaycan Ordusu Zəngilanın Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərini və Ağbənd qəsəbəsini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!
— İlham Əliyev (@azpresident) October 22, 2020
Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olundu. Bu münasibətlə Azərbaycan və İran xalqını təbrik edirəm. Eşq olsun müzəffər Azərbaycan Ordusuna!
— İlham Əliyev (@azpresident) October 22, 2020
-
Azərbaycan prezidenti İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib. Əsas tezislər
— Bu cür görüşlər (Azərbaycan və Ermənistan XİN rəhbərlərinin) əvvəllər dəfələrlə olub. Bilirsiniz ki, Moskvaya da səfər edilib. Bu, münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqların davamıdır. Əlbəttə ki, indi yerdə vəziyyət dəyişib. Satus-kvo artıq mövcud deyil. Təmas xətti də mövcud deyil. Buna görə, əlbəttə, mən hesab edirəm ki, indi Ermənistan rəhbərliyi daha da məntiqli davranmalıdır və işğal edilmiş ərazilərin boşaldılmasına sadiq olmalıdır. Bu müzakirələrdə bizim əsas məqsədimiz Ermənistan rəhbərliyinin ərazilərimizin boşaldılmasına hazır olub-olmamasını və hazır olduğu təqdirdə bunun nə vaxt baş verəcəyini müəyyən etməkdir.
— Bu günlərdə Putin məni Moskvaya dəvət etməyib. Amma mən dəfələrlə Prezident Putin tərəfindən dəvəti ilə Moskvaya səfər etmişəm… Bu, yüksək səviyyəli təmasların tərəfdaş və qonşu ölkələr arasında olması adət edilmiş bir haldır.
— Əgər cümə günü nazirlərin görüşündə hər hansı bir irəliləyiş olsa, Moskvada yüksək səviyyədə üçtərəfli görüş keçirilə bilər… Əfsuslar olsun ki, Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır. Çünki Ermənistan rəhbərliyi tərəfindən verilmiş çox səmərəsiz və təhrikedici bəyanatlar, edilmiş hərəkətlər, əslində, danışıqları mənasız etmişdir.
— Demək olar ki, hər gün mən Ermənistanın işğalından azad olunmuş yeni şəhər və kəndləri elan edirəm. Ermənistan döyüş meydanında çox acı məğlubiyyətlə üzləşir… Biz buna sülh danışıqları vasitəsilə nail olmaq istəyirdik.
— Ermənistan hökuməti əgər atəşkəsin səmərəli olmasını istəyirsə, birincisi, atəşkəsi pozmamaq, ikincisi, artıq işğaldan azad edilmiş əraziləri geri götürməyə cəhd etməmək və işğal olunmuş Azərbaycan ərazilərinin boşaldılması üçün üzərinə ciddi öhdəlik götürməlidir.
— Münaqişənin danışıqlar masasına keçirilməsi üçün birinci növbədə Ermənistanın baş nazirisilahlı qüvvələrin işğal olunmuş ərazilərdən çıxarılmasını elan etməlidir. Bundan sonra əlbəttə ki, danışıqlar başlayacaqdır.
— Azərbaycanın bütün rayonları boşaldılmalıdır. Bütün. Əlbəttə ki, biz vaxt çərçivəsindən danışa bilərik… Lakin aydındır ki, işğal olunmuş bütün ərazilər qaytarılmalıdır.
— Bütün azərbaycanlılar öz qədim torpaqlarına qayıtmalıdır.
— Beynəlxalq müşahidəçilər və ya sülhməramlı qüvvələr əsas prinsiplərin bir hissəsidir. Lakin bu, sonuncu hissəsidir, ünvanlanmalı olan ən son məsələlərdən biridir və əlbəttə ki, hər iki tərəf, – Azərbaycan və Ermənistan bu beynəlxalq müşahidəçilərin və ya sülhməramlıların kim olacağına razılaşmalıdır.
— Bu müşahidəçilər və ya sülhməramlılar harada yerləşdiriləcək? Onlara mandatı kim verəcək? Aydındır ki, biz bu barədə danışanda, Azərbaycan ərazisi barədə danışırıq. Ona görə də, əlbəttə ki, bununla bağlı həlledici sözü biz deməliyik.
— Türkiyə de-fakto, həm də Minsk qrupunun üzvü olaraq hüquqi baxımdan artıq cəlb olunub. Əgər biz həmsədrləri bu gün seçsəydik, Azərbaycan sözsüz ki, Türkiyənin namizədliyini dəstəkləyərdi. Ermənistan deyirsə ki, Türkiyə orada olmamalıdır, bu, Ermənistanın işi deyil, Türkiyə artıq oradadır və cəlb olunmalıdır, çünki o, sabitlik gətirəcək.
— Dəfələrlə bununla bağlı bəyanatlar vermişəm ki, Dağlıq Qarabağda yaşayan həmin ermənilər bizim vətəndaşlarımızdır. Onların təhlükəsizliyi, hüquqları Azərbaycanın digər insanlarının hüquqları kimi tam təmin olunacaq.
— Dağlıq Qarabağda heç bir referendum olmayacaq. Biz bununla heç vaxt razılaşmayacağıq. Biz danışıqlar zamanı buna razılıq vermədik və indi ərazinin böyük bir hissəsini geri aldığımız bir vaxtda bundan söhbət gedə bilməz. Ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. Onların müstəqil Ermənistan dövləti var. Dağlıq Qarabağ ermənilərinə mədəni muxtariyyət təklif edilə bilər.
-
Qarabağlı qadınlar və uşaqlar Yerevanda ABŞ səfirliyi qarşısında etiraz aksiyası keçiriblər
Yüzlərlə aksiya iştirakçısı Dağlıq Qarabağın müstəqilliyinin tanınmasını və müharibənin dayandırılmasını tələb ediblər.
“Dünya bizim ölkəmizin tanınmadığına istinad edərək ağrımıza reaksiya vermir. Qoy onda Qarabağı tanısınlar və bizim hüquqlarımıza, ən əsası da yaşamaq hüququmuza hörmət etməyə başlasınlar”, – aksiya iştirakçılarından biri deyib.
Aksiya təşkilatçıları səfirlik nümayəndəsi ilə görüşüblər, səfir Linn Treysi ilə görüş tələbi də daxil olmaqla öz tələblərini təqdim ediblər. Onlar xəbərdarlıq ediblər ki, əgər tələbləri nəzərə alınmazsa, səfirlik qarşısında çadırlar quracaqlar.
“Bizim başqa evimiz yoxdur. Biz burada yaşayacağıq və hüquqlarımız haqda, ağrımız haqda, onlar susduqca ölən kişilərimiz haqda danışacağıq… Protokol bəyanatlar yetərli deyil. Hərəkət edin!”, – aksiya iştirakçılarından biri Liliana Ayvazyan bildirib.
Səfirlik qarşısındakı qadınların və uşaqların əllərində “Qarabağı tanıyın”, “Ərdoğanı dayandırın”, “Yeni soyqırımın qarşısını alın”, “Terrora yox” sözləri yazılmış plakatlar olub. Onlar şüarlar səsləndirib, vətənpərvərlik mahnıları oxuyublar.
-
Ermənistan SQ raket zərbələri ilə Oğuz-Qəbələ-Bakı su kəmərini hədəf alıb – Azərbaycan Baş Prokurorluğu
Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı birləşmələrinin raket zərbələri nəticəsində Qəbələ rayon sakini, 2003-cü il təvəllüdlü Əmirbəyov Murad Ceyhun oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb, kənd ərazisində yerləşən 5 yaşayış evinə ciddi ziyan dəyib.
“Həmçinin, düşmən silahlı qüvvələri Abşeron yarımadasını içməli su ilə təchiz edən və ölkəmiz üçün xüsusi strateji əhəmiyyətə malik Oğuz-Qəbələ-Bakı su kəmərini hədəfə alaraq raket atmış, lakin ordumuzun hava hücumundan müdafiə qüvvələrinin zərərsizləşdirilməsi nəticəsində raketin hissələri su kəmərinin yaxınlığına düşüb”, – qurumun məlumatında deyilir.
-
Ermənistanın Müdafiə Nazirliyi Qəbələ və Kürdəmir istiqamətində ballistik raketdən istifadə olunduğunu inkar edir
Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan Facebook səhifəsində yazıb ki, Azərbaycan tərəfinin bəyanatı “tam cəfəngiyyat və ağ yalandır”.
Onun sözlərinə görə, Ermənistan ərazisindən Azərbaycan istiqamətində heç bir raket buraxılmayıb.
-
Azərbaycan Müdafiə Nazirliyi: “Ermənistan ərazisindən Azərbaycan əraziləri raket atəşinə tutulub”
“Oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub.
Düşmən tərəfindən saat 07.00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb.
Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub.
Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur”, – Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
-
Bütün cəbhə boyu döyüşlər davam edir – Azərbaycan Müdafiə Nazirliyi
“Oktyabrın 21-i gün ərzində və 22-nə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Cəbrayıl və Zəngilan-Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.
Hazırda bütün cəbhə boyu döyüşlər davam edir. Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir”, – Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
-
Gecə gərginlik davam edib, hazırda bütün cəbhə xətti boyunca döyüşlər gedir – Qarabağ Müdafiə Nazirliyi
Gecə cəbhənin bəzi hissələrində artilleriya döyüşləri davam edib. Yaşayış məntəqələrində isə gecə nisbətən sakit keçib.
Qarabağın Müdafiə Nazirliyindən bildirilib ki, səhər saatlarından bütün cəbhə xətti boyunca lokal döyüşlərdən başqa mərkəzi istiqamətdə Azərbaycan SQ yenə də diversiya əməliyyatlarına cəhd edib, amma onların qarşısı alınıb.
Yaşayış məntəqələrinə gəlincə, Fövqəladə Hallar üzrə Dövlət Xidmətindən verilən məlumata əsasən, hazırda Azərbaycan tərəfi Martuni və ətraf kəndləri istiqamətində artilleriya atəşini davam etdirir.
-
Oktyabrın 22-da səhər hadisələrin qısa icmalı
Qarabağda döyüşlərin 26-cı günü.
• Ermənistanın Müdafiə Nazirliyinin məlumatına əsasən, oktyabrın 21-də bütün gün ərzində həm şimal istiqamətində (Kəlbəcər və Mardakert şəhərlərinə doğru), həm də cənub istiqamətində (İranla sərhədə yaxın) döyüşlər davam edib. Məlumata əsasən, Azərbaycan ordusu hücum edib, amma geri otuzdurulub.
• Azərbaycanın Müdafiə Nazirliyindən də şimal istiqamətində döyüşlərin getdiyi, o cümlədən də Azərbaycanın Tərtər şəhərinin raket atəşinə tutulduğu haqda bildirilib.
• Azərbaycan ordusu Zəngilan, Füzuli və Cəbrayıl rayonlarında daha 22 yaşayış məntəqəsini nəzarət altına alıb.
• Azərbaycan dinc əhali arasında qurbanlara dair yeni məlumat yayıb: 63 nəfər həlak olub, 292 nəfər yaralanıb.
• Ermənistanın baş naziri bildirib ki, “Qarabağ məsələsinin hazırkı mərhələdə diplomatik həlli yoxdur” və hamını əlisilahlı Vətənin müdafiəsinə, o cümlədən də öz bilik və bacarıqları ilə orduya yardım etməyə çağırıb. Bu çıxışından əvvəl baş nazirin Dağlıq Qarabağın keçmiş prezidentləri, Ermənistan və Dağlıq Qarabağın böyük partiyalarının liderləri ilə görüşləri baş tutub – bu isə o deməkdir ki, səslənən mövqe Ermənistan və Qarabağın bütün siyasi qüvvələrinin ümumi yanaşmasıdır.
• Rusiya XİN rəhbəri Moskvada Azərbaycandan və Ermənistandan olan həmkarları ilə görüşüb. Görüşlər ayrı-ayrı olub, “Qarabağ münaqişəsi zonasında atəşkəs və möhkəm nizamlama üçün şəraitin yaradılması haqda daha əvvəl əldə edilən razılaşmaların reallaşdırılması imkanları” müzakirə olunub.
• ABŞ Konqresinə ilk dəfə Qarabağın müstəqilliyinin tanınması ilə bağlı təklif təqdim edilib. Təklif müəllifi Kaliforniyadan olan demokrat konqresmen Qreys Napolitanodur.
-
2020-ci il oktyabrın 21 Qarabağda baş verən hərbi əməliyyatlarla bağlı xəbərlər, reportajlar, foto/video