İldə bir dəfə Dağlıq Qarabağdakı Toq kəndi təkcə qarabağlıların deyil, həm də xarici turistlərin diqqət mərkəzində olur. Artıq üçüncü ildir ki, Toq kəndindəki Melik sarayının xarabalıqlarında artıq ənənəyə çevrilən çaxır festivalı keçirilir. Həm yerli çaxır zavodları, həm də fərdi çaxır istehsalçıları festivala öz çaxırlarını gətirir.
Rafaelin 22 yaşı olsa da, artıq ikinci ildir ki, bu festivalda öz çaxırını və Qarabağın məşhur tut arağını nümayiş etdirir: “Ötən il 180 litr araq çəkdim, onun 150 litrini aldılar, 30 litri də müxtəlif tədbirlərdə yaxınlarım və qohumlarımla birlikdə içdik“. Onun sözlərinə görə, çaxır və arağın istehsalı çətin olsa da, xoş işdir.
Çaxır istehsalının mərhələləri və Ermənistanın çaxir istehsalı tatixi ilə elə buradaca tanış olmaq olar.
Bu il üzümü əzmək şərəfinə tanınmış erməni şahmatçısı Levon Aronyanın xanımı Arianna layiq görülüb.
Festival ildən ilə Artsaxa daha çox turist cəlb edir və yerli istehsalatı stimullaşdırır.
Festivalın qonaqlarına spitrli içkilərin dadına baxmaqdan əlavə xalq mahnılarını dinləmək, folklor rəqs ansamblının çıxışlarını izləmək, ürəyi istəyənlərə isə hətta rəqs eləmək təklif olunur.