Gürcüstanlı ekspert: Gürcüstan ən sərt neytrallığını qorumalıdır
Gürcüstan İctimai İşlər İnstitutunun professoru Tornike Şaraşenidze hesab edir ki, Qarabağa görə Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatlar böyük müharibəyə keçməyəcək və Gürcüstanın əsas vəzifəsi neytrallığı qorumaqdır.
“Biz ən sərt neytrallığı qorumalıyıq və kiminsə bizi nədəsə günahlandırmasına və nəyəsə cəlb etməsinə imkan verməməliyik”, – Şaraşanidze JAMnews-a deyib.
Onun sözlərinə görə, əgər münaqişə tammiqyaslı müharibəyə keçməzsə, hazırkı toqquşma Gürcüstan üçün heç nə dəyişməyəcək. Böyük müharibə ehtimalı isə çox azdır, çünki “status-kvonun pozulması Rusiyaya sərf etmir”.
Şaraşenidzenin sözlərinə görə, münaqişənin eskalasiyası və tammiqyaslı müharibəyə keçməsi halında ölkə üçün əsas risk münaqişənin Gürcüstana yayılmasından və “daşmasından” ibarətdir. İlk növbədə qaçqın axını formasında. Həmçinin onun fikrincə, ölkə ərazisindən keçən boru kəmərləri də müəyyən risk altına düşə bilər.
Rusiya Gürcüstan vasitəsilə Ermənistana hərbi dəhliz tələb edə bilərmi sualına Şaraşenidze belə cavab verib: “Ümid edirik ki, bu yerə çatmayacaq. Bu asan olmayacaq, elə ABŞ-ın regiondakı mövqeyi ilə hesablaşmalı olan Rusiyanın özü üçün də”.