Fosforlu bombalar və meşə yanğınları – Qarabağ, döyüşlər, 2020-ci il noyabrın 3-nə olan səhər xülasəsi
Azərbaycan və Ermənistan ordusu sentyabrın 27-dən Qarabağ münaqişəsi zonasında zirehli texnika, artilleriya və dronlar tətbiq etməklə döyüşlər aparır. Hər iki tərəf bir-birini dinc yaşayış məntəqələrini atəşə tutmaqda günahlandırır. Hər iki tərəfdən hərbçilər və dinc əhali arasında minlərlə adam öldürülüb. Bu müddət ərzində üç dəfə – oktyabrın 10-u, 18-i və 26-sı atəşkəs elan olunub, lakin hər dəfə də pozulub. Tərəflər bir-birini atəşkəsə riayət etməməkdə günahlandırır.
Son hadisələrin xülasəsi, 2020-ci il noyabrın 3-ü səhər
Bakıdan məlumat
• Noyabrın 2-i və 3-ü döyüşlər əsas etibarı ilə cəbhənin Ağdərə, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edir.
• Azərbaycanın Ermənistanla sərhəd rayonları Ermənistan ərazisi tərəfdən atəşə tutulur: Ermənistanın Berdsk, Çambaraksk və Vardenis rayonlarından Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonları istiqaməti.
• Daha səkkiz yaşayış məntəqəsi Azərbaycan ordusunun nəzarətinə keçib – İlham Əliyev
• Bakının məlumatına görə, ümumilikdə 201 yaşayış məntəqəsi nəzarətə götürülüb. Füzuli rayonu (Qarabağa birləşib, 1990-cı ilərin əvvəlində baş vermiş Qarabağ müharibəsindən sonra erməni silahlı qüvvələrinin nəzarəti altında idi) bütünlüklə azad edilib.
• Azərbaycan prezidentinin köməkçisi Ermənistanı hələ oktyabrın 8-i Füzuli rayonu uğrunda döyüşlərdə fosfor mərmilərdən istifadə etməkdə günahlandırıb: “Azərbaycanı bu mərmilərin istifadəsində günahlandıran Ermənistan günahı öz boynundan atır və məsuliyyətdən qaçmağa çalışır”.
Yerevandan məlumat
• Noyabrın 3-nə keçən gecə bir neçə istiqamətdə döyüşlər gedib, Qarabağın müdafiə ordusu taktiki nöqteyi-nəzərdən balaca bir ərazidə geri çəkilib.
• Azərbaycan ordusunun cənub istiqamətində (İranla sərhəd istiqamətində) irəliləmək cəhdinin qarşısı alınıb, şimal istiqamətində hücum davam edib.
• Noyabrın 2-i gün boyu Qarabağda Mardakert və Martuni şəhərləri istiqamətində və cənub istiqamətində döyüşlər gedib. Azərbaycan hərbi qüvvələri təzyiqi gücləndirib.
• Qarabağın müdafiə ordusu cənubda uğurla əks-hücuma keçib, lakin Martuni istiqamətində bir neçə mövqeni itirib.
• Qarabağda meşə yanğınları güclənir, Azərbaycan hərbçiləri meşələri qəsdən yuxarıdan yandırır, bunun üçün ağ fosfordan istifadə olunur.
• Qarabağ ombudsmenin ofisi xəbər verir ki, artıq 1815 hektardan çox ərazi yanıb, ekoloji fəlakət baş verir.
• Qarabağın ombudsmeni bəyan edib ki, “Azərbaycan ordusu hərbi cinayət törədir, yanğınlar meşədə atışmadan gizlənməyə çalışan dinc əhaliyə qarşı yönəlib”.
• Ermənistan XİN-i Türkiyə və Azərbaycanın xarici döyüşçü-terrorçuları cəlb etdiyini növbəti dəfə bəyan edib.
• Noyabrın 2-si bir neçə yüz qadın uşaqları ilə birgə ABŞ-ın Yerevandakı səfirliyinin qarşısında etiraz aksiyası keçirərək, müharibənin dayandırılmasını və Qarabağın müstəqilliyinin tanınmasını tələb edib.
Danışıqlar
• Rusiya prezidenti noyabrın 1-i və 2-i telefonda Ermənistan və Azərbaycan liderləri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edib, Kremlin rəsmi saytı xəbər verir.