2020-ci il sentyabrın 27-də Qarabağda baş verən hərbi əməliyyatlarla bağlı xəbərlər, reportajlar, foto/video
-
Qarabağda sentyabrın 27-də səhər başlayan hərbi əməliyyatlar nəticəsində itkilər
Azərbaycan tərəfdən itkilər:
Azərbaycanın Baş Prokurorluğu dinc əhali arasında 14 yaralı haqda məlumat verib.
Verilən məlumata əsasən, Azərbaycanın Naftalan rayonunun Qaşaltı kəndində Ermənistan Silahlı Qüvvələrinin artilleriya zərbəsi nəticəsində bir ailənin beş üzvü həlak olub. Hərbçilər arasında həlak olanlar və yaralananlar haqda məlumat verilmir.
Prezident İlham Əliyev xalqa müraciətində qurbanların olduğunu deyib, həlak olanların yaxınlarına başsağlığı diləyib, amma onların sayı ilə bağlı rəqəm açıqlamayıb.
Qeyri-rəsmi məlumata əsasən, 40 yaşlı polkovnik-leytenant həlak olub. Bu haqda bloger Həbib Müntəzir Twitter-də yazıb.
Qarabağ tərəfdən itkilər:
Qarabağın müdafiə nazirinin müavini Artur Sarkisyan 16 nəfərin həlak olduğunu, 100-dən insanın yaralandığını bildirib.
Hər iki tərəf “qarşı” tərəfdən onlarla insanın öldüyünü və çox sayda texnikanın məhv edildiyi və ya ələ keçirildiyi haqda bildirilir.
-
Avropa İttifaqı Ermənistan və Azərbaycanı dərhal atəşi dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırıb
Avropa İttifaqını diplomatiyasının rəhbəri Jozef Borrel Ermənistan və Azərbaycan XİN rəhbərləri ilə danışıqlar zamanı tərəfləri dərhal atəşi dayandırmağa və danışıqlar masasına geri qayıtmağa çağırıb.
Twitter-də mikrobloqunda o, bunları yazıb:
“Bu münaqişə hərbi yolla həll ola bilməz. İrəliləmək üçün yeganə yol ATƏT-in Minsk Qrupunun həmsədrlərinin valitəçiliyi ilə ön şərtsiz danışıqlar masasına qayıtmaqdır”.
-
Azərbaycan Müdafiə Nazirliyi: Murovdağ mühüm strateji yüksəkliyi azad edilib
Müdafiə Nazirliyinin bildirdiyinə görə, bununla da Azərbaycam qoşunları Vardenis-Mardakert (Ağdərə) yolunu və Ağdərə (Mardakert) – Kəlbəcər yolunu nəzarəti altına götürüb. Wikipedia Murodağ yüksəkliyini Kiçik Qafqazın 70 kilometr uzunluğu və 10 kilometr eni olan ən yüksək dağ silsiləsi kimi təsvir edir.
Foto Wikipedia
-
Ermənistanın baş naziri Qarabağın müstəqilliyini müzakirə etməyə razılaşıb
Nikol Paşinyanın sözərinə görə, bu məsələdə ictimaiyyətin fikrini, bütün “lehinə” və “əleyhinə” arqumentləri nəzərə almaq vacibdir.
Dağlıq Qarabağın müstəqilliyinin tanınması Azərbaycanın təcavüzünə cavab olacaq.
Paşinyan həmçinin deyib ki, Qarabağda indi “sabir vəziyyət yoxdur, vəziyyət inkişafdadır”.
-
Azərbaycanda da hərbi vəziyyət elan olnub, Bakıda komendant saatı tətbiq edilir
Sentyabrın 28-ə keçən gecə saat 00:00-dan hərbi vəziyyətlə əlaqədar olaraq paytaxt Bakıda, Gəncə, Göygöl, Yevlax şəhərlərində və vir neçə rayonda komendant saatı tətbiq edilir. Qərar Azərbaycan Parlamentinin növbədənkənar iclasında qəbul edilib.
Bu gün Ermənistanda və Qarabağda da hərbi vəziyyət və səfərbərlik elan olunub.
Sentyabrın 27-də səhər saat 6-da Dağlıq Qarabağ ətrafında və Azərbaycan-Ermənistan sərhədində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Hər iki tərəfdən həm hərbçilər, həm də dinc əhali arasında qurbanların olduğu haqda məlumat verilir. Təfərrüatlar gün ərzində bu bloqdakı məlumatlarda toplanıb.
Fotoda Bakıda keçirilən fleşmob əks olunub. Plakatda bunlar yazılıb: “Xankəndini (Stepanakert) vur. Biz tikərik”. Qarabağın paytaxtını erməni əhali Stepanakert adlanır, azərbaycanlılar isə Xankəndi adından istifadə edir.
-
Ermənistanın baş naziri beynəlxalq strukturları Türkiyəni Qarabağ münaqişəsinə müdaxilədən çəkindirməyə çağırıb
Paşinyanın sözlərinə görə, Türkiyənin müdaxiləsi regionda vəziyyəti silkələyəcək.
“Cənubi Qafqazda hazırda astanasında dayandığımız genişmiqyaslı müharibənin ən gözlənilməz nəticələri ola bilər. Müharibə region hüdudlarından kənara çıxa və […] beynəlxalq təhlükəsizlik və stabilliyi təhlükə altına qoya bilər”, – baş nazir bildirib.
Paşinyanın həmçinin deyib ki, Ermənistan Qarabağ hakimiyyətini tam dəstəkləyir.
Bundan başqa, baş nazirin sözlərinə görə, Yerevan Azərbaycanı hərbi əməliyyatları dayandırıb, sülh yaratmağa məcbur edə bilər.
-
Rusiya XİN rəhbəri Bakı ilə danışır, Türkiyə prezidneti Ermənistana müraciət edir
RF XİN rəhbəri Sergey Lavrov sentyabrın 27-də səhər Dağlıq Qarabağda “təmas xətti boyunca başlayan atışmadan narahatdır”. Bu haqda o, Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla telefon danışığında bildirib.
Lavrov “tezliklə atəşin dayandırılmasının vacibliyi” haqda da bildirib.
Bir neçə saat əvvəl təxminən eyni məzmunlu telefon danışığı Rusiya və Ermənistan XİN rəhbərlərinin arasında baş tutub.
Digər nüfuzlu qonşu ölkənin – Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan erməni xalqını “onu faciəyə sürükləyən və əhalini kukla kimi istifadə edən hakimiyyətə qarşı çıxmağa çağırıb”. Ərdoğan Twitter hesabında yazıb ki, “bütün dünya Azərbaycanın işğal və şərə qarşı mübarizəsində onun yanında olmalıdır”.
Azərbaycanın Müdafiə Nazirliyi hərbi əməliyyat yerindən bu videonu paylaşıb.
-
Azərbaycan SQ-nin atəşi nəticəsində Dağlıq Qarabağda yaralananların fotoları
Dağlıq Qarabağ insan haqları müdafiəçisi Artak Beqlaryan Facebook səhifəsində Azərbaycan SQ-in atəş açması nəticəsində yaralanan insanların fotolarını dərc edib.
(Bu bloqdakı digər xəbərlərdə Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində Azərbaycan kəndlərində yaralananların da fotoları yer alıb)
-
Bakıda yeddi kəndin azad olunduğu deyilir, Yerevan təkzib edir
“Qarabağda yeddi kənd uzun illərdən sonra işğaldan azad edilib”, – Azərbaycanın müdafiə naziri Zakir Həsənov Təhlükəsizlik Şurasının iclasında deyib.
Bakıda keçirilən brifinqdə Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bu kəndlərin adlarını açıqlayıb:
Fizuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz və Yuxarı Əbdürrəhmanlı,
Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar.
Eyvazov onu da deyib ki, Ağdərə rayonunda və Murovdağda ermənilərin postları da məhv edilib, “mühüm mövqeləri Azərbaycan Ordusu ələ keçirib”.
Ermənistanın Müdafiə Nazirliyi bu informasiyanı təkzib edib və “Azərbaycanın təbliğat maşınının növbəti informasiya təxribatı adlandırıb”.
-
Ermənistan silahlı qüvvələrinin atəşi altında olan Azərbaycan kəndlərində yaralıların fotoları
Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Twitter hesabında Ermənistan silahlı qüvvələrinin atəşi altında olan Azərbaycan kəndlərində yaralıların fotolarını paylaşıb.
-
Ermənistan tərəfdən qurbanlar haqda rəsmi məlumat
Qarabağda yaşayış məntəqələrinin Azərbaycan SQ tərəfindən atəşə tutulması nəticəsində on nəfərdən çox insan, o cümlədən də qadınlar və uşaqlar ziyan çəkib. Bu haqda Qarabağın Ombudsmen ofisi məlumat verib.
Həmçinin qeyd olunur ki, Azərbaycanın silahlı qüvvələri dinc əhalini hədəfə alıb ki, “bu da beynəlxalq humanitar hüququn kobud pozulmasıdır”.
-
Qarabağda Azərbaycan texnikasının məhv edilməsini əks etdirən yeni kadrlar
Ermənistanın Müdafiə Nazirliyi Azərbaycana məxsus hərbi texnikanın məhv edilməsini əks etdirən yeni kadrlar yayıb.
Հայկական զինուժը շարունակում է խոցել ադրբեջանական մարտական տեխնիկաներըАрмянские ВС продолжают поражать…
Posted by Shushan Stepanyan on კვირა, 27 სექტემბერი, 2020
-
Moskva vəziyyəti Yerevanla müzakirə edib, Türkiyə XİN Ermənistanı günahlandırıb və Azərbaycanı dəstəkləyib
Rusiya XİN rəhbəri Sergey Lavrov sentyabrın 27-də genişmiqyaslı hərbi əməliyyatların başladığı Qarabağdakı vəziyyəti Ermənistan XİN rəhbəri Zohrab Mnatsakanyanla müzakirə edib.
Lavrov bildirib ki, Rusiya Dağlıq Qarabağda vəziyyətin stabilləşdirilməsi üçün vasitəçilik səylərini davam etdirəcək.
Demək olar ki, eyni zamanda Türkiyə XİN-i Ermənistanı Dağlıq Qarabağda vəziyyətin gərginləşməsinə görə məsul hesab etdiyini bəyan edib və Azərbaycana dəstək vəd edib.
-
Azərbaycan tərəfindən itkilər haqda rəsmi məlumat
Azərbaycan prokurorluğu dinc əhali arasında ölənlər və yaralananlar haqda məlumat yayıb.
Aşağıdakı kəndlərdə qurbanların olduğu haqda xəbər verilir:
Qapanlı, Tərtər rayonu,
Çıraqlı və Orta Qərvənd, Ağdam rayonu,
Alxanlı və Şükürbəyli, Fizuli rayonu,
Cocuq Mərcanlı, Cəbrayıl rayonu.
Evlərə və mülki obyektlərə ciddi ziyan vurulub.
-
Azərbaycanın Tərtər rayonunun Qapanlı kəndi Ermənistan tərəfindən atəş altında. Video
Azərbaycanın Tərtər rayonunun Qapanlı kəndi Ermənistan tərəfindən atəş altında
-
Ermənistanda hərbi vəziyyət tətbiq edilib və ümummilli səfərbərlik elan olunub
Ermənistanda hərbi vəziyyət tətbiq edilib və ümummilli səfərbərlik elan olunub.
Bir neçə saat əvvəl Qarabağda hərbi vəziyyət və səfərbərlik elan olunmuşdu.
-
Azərbaycan prezidenti Ermənistanı hərbi əməliyyatları başlatmaqda günahlandırıb
Azərbaycan prezidenti İlham Əliyev cəbhədəki vəziyyətlə bağlı xalqa müraciət edib. O bildirib ki, sentyabrın 27-də Ermənistan Azərbaycanın yaşayış məntəqələrini, o cümlədən də Azərbaycan ordusunun mövqelərini atəşə tutub.
Prezidentin sözlərinə görə, düşmən atəşi nəticəsində Azərbaycanın mülki əhalisi və hərbçiləri arasnd yaralananlar və həlak olanlar var.
“Onların qanı yerdə qalmayacaq”, – İlham Əliyev bildirib və deyib ki, “düşmən mövqelərinin atşə tutulması nəticəsində düşmənin çox sayda hərbi texnikası məhv edilib”.
-
Dağlıq Qarabağda hərbi vəziyyət və səfərbərlik elan olunub
Dağlıq Qarabağ prezidenti Araik Harutunyan hərbi vəziyyət və 18 yaşından yuxarı şəxslər üçün ümumxalq səfərbərliyi elan edib.
“Biz həmişə bildirmişik ki, müharibə tərəfdarı deyilik, amma buna hazırıq. Bizdən böyük sülh tərəfdarı yoxdur və heç kim sülhü bizdən çox istəmir. Biz müharibə istəmirdik, bizi buna məcbur buraxıblar və biz vətənimizi və ailələrimizi müdafiə etməyə borcluyuq. Regionu təhdid edəb humanitar fəlakətə görə şəxsən Azərbaycan prezidenti Əliyev cavab verəcək”, – Harutunyan bəyan edib.
-
Bütün Azərbaycan ərazisində internetə çıxış məhdudlaşdırılıb
Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksəkk Texnologiyalar Nazirliyi bütün ölkə ərazisində internetə çıxışın kəskin məhdudlaşdırılması haqda elan edib – “Ermənistanın genişmiqyaslı təxribatının qarşısını almaq üçün”. “Biz ümid edirik ki, Azərbaycan vətəndaşları münaqişə vəziyyətində internetlə bağlı yarana biləcək məhdudiyyətlərlə əlaqdar anlayış nümayiş etdirəcəklər”, – məlumatda deyilir.
-
Qarabağ ətrafında və Azərbaycan-Ermənistan sərhədində hərbi əməliyyatlar başlayıb
2020-ci il sentyabrənn 27-də səhər Qarabağ ətrafında və Azərbaycan-Ermənistan sərhədində hərbi əməliyyatlar başlayıb. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı press-relizdə deyilir:
“Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib”.
Bəyanatda deyilir ki, hərbi əməliyyatlarda şəxsi heyətdən, raket-artilleriya qoşunlarının dəstəyi ilə tank hissələrindən, cəbhə aviasiyasından və pilotsuz uçuş aparatlarından istifadə olunur.
Azərbaycanın Müdafiə Nazirliyi “ildırım sürətli əks-hücum” haqda bəyan edib. Ermənistanın Müdafiə Nazirliyi Azərbaycanı əvvəlcədən hərbi əməliyyatları hazırlamaqda günahlandırıb.
“Baza hərbi biliklərə sahib olan hər kəs bilir ki, əks-hücumun hazırlanması həftələr alır. Azərbaycan isə dərhal rəsmi şəkildə “əks-hücuma” başladığını elan edib. Eskalasiya haqda rəsmi bəyandan bir neçə dəqiqə sonra Azərbaycan-Türkiyə KİV-i ön cəbhədən materiallar dərc edib ki, bu da bir daha Azərbaycanın başlatdığı təxribatın əvvəlcədən planlaşdırıldığını sübut edir”.
Ermənistanın baş naziri Nikol Paşinyan səhifəsində yazıb ki, “Artsax ordusu uğurla hücuma qarşılıq verir” və yalnız rəsmi mənbələrə inanmağa çağırıb.
Ötən gün, sentyabrın 26-da ABŞ-ın Ermənistandakı və Azərbaycandakı səfirliklərinin saytlarında hərbi əməliyyatların başlanması təhlükəsi ilə bağlı Amerika vətəndaşları üçün Security Alert dərc olunub. Ermənistan ərazisində olan ABŞ vətəndaşlarına Tavuş və Qarabağa səfər etməmək tövsiyə olunub. Azərbaycan ərazisində olan ABŞ vətəndaşlarına isə Abşeron yarımadasını tərk etməmək məsləhət görülüb.
Foto – Türkiyənin TRT kanalının hadisə yerindən birbaşa yayımından skrinşot