Qafqazda koronavirus. Gürcüstanda ilk dəfə sutka ərzində bircə yoluxma halı belə olmayıb; Rusiyada tibb işçiləri arasında ölüm səviyyəsi çox yüksəkdir
-
Statistika: xəstələnib, ölüb, sağaldıb - Azərbaycan, Ermənistan, Gürcüstan
Azərbaycan Ermənistan Gürcüstan Yeni hallar 338 425 0 Cəmi xəstələnib 10 662 17 489 879 Yeni ölümlər +4 +8 0 Ümumilikdə ölüb 126 293 14 Bərpa edildi 5 948 6 571 724 -
Ermənistanda sutka ərzində 425 yeni yoluxma halı, 8 ölüm, baş nazir deyir ki, ən əsası hamı maska taxmalıdır
Pandemiya başlayandan Ermənistanda üumilikdə 17489 nəfər yoluxub. Onlardan 293 nəfər ölüb, 6571 nəfər sağalıb.
Baş nazir Nikol Paşinyan Facebook səhifəsində uzun canlı yayım açıb və maska taxmağın insan həyatını xilas etmək demək olduğunu bildirib:
“İnsanlar maska taxmır və bu, virusun yayılmasının əsas səbəbidir”.
• Koronavirusun Ermənistanda yayılması – Gürcüstanın çıxardığı nəticələr
-
Rusiyada tibb işçiləri arasında ölüm səviyyəsi çox yüksəkdir, amma onlar müdafiə olunmadıqlarından şikayətlənəndə işdən qovulurlar - Human Rights Watch
Rusiyada koronavirusdan ölən həkimlərin adlarının qeyd olunduğu “anım siyahısında” artıq 413 nəfərin adı var. Bu, koronavirus pandemiyası başlayandan ölən həkimlərlə bağlı dünyada ən böyük rəqəmdir.
Rusiyada pandemiyanın kəskin fazası martda başlasa da, ölkənin əksər xəstəxanalarında tibb personalı ancaq plastik plaş və cərrah maskasından istifadə edir və tibb işçiləri onları özləri yuyub, qızdırıcıların üzərində qurudurlar. Şikayətlənməyə başlayanlar adətən işdən qovulur, ya da “feyk yaydıqları üçün” cərimələnirlər.
Bu məlumatı Human Rights Watch 2020-ci il may-iyun aylarında Rusiyanın 11 regionunda, o cümlədən də Moskva və Sankt-Peterburqda apardığı tədqiqat nəticəsində əldə edib. Korolyov şəhərindən olan təcili yardım həkimi Yevgeniya Boqatıryova Moskva vilayətində müstəqil həmkarlar ittifaqına rəhbərlik edir. O, Human Rights Watch təşkilatına danışıb ki, əslində onun regionunda tibb personalının azı 50 faizi koronavirusa yoluxub.
“Ölüm təhlükəli pozuntuların ifşa olunmasına görə cəza qanunla qadağan edilməlidir, bu, fikrini ifadə etmək azadlığının birbaşa pozulmasıdır, – Human Rights Watch vurğulayıb.
Foto: REUTERS/Shamil Zhumatov
-
Statistika: xəstələnib, ölüb, sağaldıb - Azərbaycan, Ermənistan, Gürcüstan
Azərbaycan Ermənistan Gürcüstan Yeni hallar 367 397 15 Cəmi xəstələnib 10 324 17 064 879 Yeni ölümlər +3 +16 0 Ümumilikdə ölüb 122 285 14 Bərpa edildi 5 739 6 276 703 -
Rusiyada hər gün minlərlə yeni yoluxma halı, real olmayan ölüm statistikası, Putin isə Covıd-19 üzərində qələbədən danışır. İcmal
“Rusiya əminliklə və minimal itki ilə koronavirus epidemiyasından çıxır”, – Rusiya prezidenti Vladimir Putin “Rusiya” telekanalına bildirib.
Bütün ölkədə karantin tədbirləri praktiki olaraq ləğv edilib.
Bununla belə Rusiya yoluxanların sayına görə dünyada üçüncü yeri tutur və hər gün 8-9 min yeni yoluxma halı haqda xəbər verilir.
İyunun 15-ə olan məlumata əsasən, Rusiyada yoluxanların ümumi sayı yarım milyondan çoxdur, ölənlər isə 6948 nəfərdir. Həkimlər və ekspertlər isə yenə də bildirirlər ki, bu statistika saxtalaşdırılıb və real mənzərə xeyli daha pisdir.
Müqayisəli göstəricilər
• Rusiyada hər min nəfər yoluxandan 13 nəfər ölür. Dünyada bu rəqəm orta hesabla 55 nəfərdir.
• Ölkə yoluxanların sayına görə dünyada üçüncü, ölənlərin sayına görə isə 13-cü yer tutur.
Ümumdünya Səhiyyə Təşkilatının fövqəladə vəziyyətlər üzrə proqram direktoru Maykl Rayan bəyan edib ki, Rusiyanın “qeyri-adi” statistikasını anlamır.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, “Rusiyada səhiyyə sistemi daha effektiv olduğunu göstərib”.
• Amma Rusiya Ümumdünya İqtisadi Forumunun qlobal rəqabətə davamlılıq reytinqində yalnız 97-ci yeri tutub.
• RF səhiyyəsi xərclərin səviyyəsinə görə dünya dövlətlərinin heç ilk yüzlüyünə də daxil olmayıb.
• Rusiyanın Hesab Palatasının rəhbəri Aleksey Kudrin bəyan edib ki, “səhiyyənin maliyyələşməsində hətta qüvvədə olan normalar üzrə də əhəmiyyətli dərəcədə kəsir olub və ciddi yenidənqurmaya ehtiyac var”.
“Republic” nəşri bu haqda sarkazmla yazır: əgər Rusiya səhiyyəsi bununla
-
Ermənistanda daha 16 ölüm, nazir payızda yeni epidemiya dalğası təhlükəsi haqda danışıb
Ermənistanda son sutka ərzində 397 yeni yoluxma halı, pandemiya başlayandan ümumilikdə isə 17064 yoluxma halı qeydə alınıb. Onlardan 285 nəfər ölüb, 6276 nəfər sağalıb.
Səhiyyə naziri Arsen Torosyan bəyan edib ki, həm Ermənistan, həm də digər ölkələr üçün payızda koronavirus epidemiyasının yenidən aktivləşməsi təhlükəsi aktual olaraq qalır:
“Biz öz imkanlarımızı genişləndiririk və payıza hazırlaşırıq, baxmayaraq ki, elə indi də xeyli problemlərimiz var”.
-
Statistika: xəstələnib, ölüb, sağaldıb - Azərbaycan, Ermənistan, Gürcüstan
Azərbaycan Ermənistan Gürcüstan Yeni hallar 387 663 13 Cəmi xəstələnib 9 957 16 667 864 Yeni ölümlər +4 +5 0 Ümumilikdə ölüb 119 269 14 Bərpa edildi 5 583 6 214 703 -
Çeçenistan rəhbərinin yaxın çevrəsindən iki nəfər Covid-19 virusundan ölüb
Sosial şəbəkə və mediada yayılan məlumata əsasən, Ramzan Kadırovun qayınatası Musa Aydamirov koronaviruslu pnevmoniyadan ölüb.
Çeçenistan parlamentinin sədr müavini,”Patriot” ləğəbi ilə tanınan Kadırovun yaxın silahdaşı Əbuzeyd Vismuradovun doğma qardaşı, Qroznı polisinin rəisi Əbuşeyx Vismuradov da koronavirusdan ölüb.
• Koronavirusa yoluxduğu ehtimal olunan Çeçenistan prezidenti publika qarşısına çıxıb
Rəsmi statistikaya əsasən, pandemiya başlayandan Çeçenistanda 1464 nəfər yoluxub, son sutka ərzində isə 23 yoluxma halı təsdiqlənib.
18 nəfər ölüb, 1 123 nəfər sağalıb.
Fəallar və jurnalistlər bildirirlər ki, əslində Çeçenistanda yoluxanların və ölənlərin sayı dəfələrlə çoxdur, amma yoluxanların böyük hissəsi bunu etiraf etməkdən ya qorxur, ya da utanır, buna görə də testdən keçmirlər.
-
Koronavirus pandemiyası ilə bağlı Qafqazda hadisələrin xronikası