Qadın-transgender intihar yolu ilə həyatına son qoymağa cəhd edib və Tbilisi meriyasının qarşısında özünü yandırıb, bununla da düşdüyü vəziyyətə diqqət cəlb etməyə çalışıb.
Onu polis əməkdaşları xilas edib və çoxsaylı yanıq xəssarətləri ilə xəstəxanaya çatdırıblar. İndi onun həyatı üçün təhlükə yoxdur.
Madonna Kiparoidze yaşadığı evi itirmək təhlükəsi ilə üz-üzə qaldıqdan sonra etirazın ən kəskin formasına əl atmalı olub. Onun sözlərinə görə, işsiz qalıb və kirayədə qaldığı evə görə ödəniş etmək iqtidarında deyil.
“Dövlət mənim qayğıma qalmır və mənim özümü öldürməkdən başqa çıxış yolum yoxdur ki, öz problemlərimə diqqət yönəldim”, – transseksualların meriya qarşısında mitinqində Kiparoide deyib.
Məhz bu mitinq vaxtı o, özünü öldürməyə cəhd edib.
Aksiyada iştirak etmiş qadın-transgenderlər deyirlər ki, onlar son dərəcə yoxsul yaşayırlar. Əksəriyyəti ailələri tərəfindən tərk edilib və onlar kirayədə qalmaq, həddən çox işləmək məcburiyyətindədirlər.
Koronavirus pandemiyası onların vəziyyətini daha da ağırlaşdırıb.
Ümumilikdə, əlimizdə olan məlumata görə, Gürcüstanda 50 qadın-transgender yaşayır. Onlar işsiz aldığı zaman qeyri-hökumət təşkilatları bir aya görə kirayə pullarını ödəməyə kömək etmişdilər.
İndi ikinci aya görə ödəniş etmək lazımdır və onlar dövlətdən kömək istəyirlər. İlk növbədə onlara hansısa bir yaşayış yeri lazımdır. İndiyə kimi nə Tbilisi meriyası, nə də hər hansı başqa dövlət strukturu onlara heç bir yardım göstərməyib.
“Mən bilmirəm, cəmi 50 nəfər cəmiyyət tərəfindən tamamilə unudulmuş insanlara və cəmi bir-iki ay ərzində kömək edə bilməyən dövlət haqqında nə deyim”, – hüquq müdafiəçisi İda Baxturidze özünün “Facebook” səhifəsində yazıb.
“Bərabərlik uğrunda hərəkat” təşkilatı hökumətə çətin dövrdə LGBT cəmiyyətinin nümayəndələrinin dəstəklənməsi xahişi ilə müraciət edib.
“Koronavirus pandemiyasına görə tətbiq edilmiş məhdudiyyətlərdən ən çox məhz transgenderlər əziyyət çəkib. Bir çoxları işini itirib, lakin bu insanların nə sosial dəstəyi, nə də ailə və qohumlarının köməyi var”, – bəyanatdaa bildirilir.
İctimai fəallar işsiz qalmış transseksuallara yardım çağırışı ilə video hazırlayıblar. Videoda LGBT cəmiyyətinin nümayəndələri də çəkilib.
This project is funded through the Democracy Commission Small Grants Program, U.S. Embassy Tbilisi. The contents of this publication are those of the Author(s) and do not necessarily represent the views of the Department of State.