Pyes, cəmiyyətə vurulan sillə kimi
ADO teatrı ancaq truppanın səyləri sayəsində mövcuddur. Direktor Elmin Bədəlovun sözlərinə görə, onlar tamamilə müstəqil, senzurasız və heç bir məhdudiyyəti olmayan teatr yaratmaq istəyirdilər. Məlum oldu ki, bu cür azadlıq maliyyə sıxıntısını nəzərdə tutur – teatr vaxtaşırı ora-bura köçməklə, yaşayış evlərində fəaliyyət göstərir, icarə pulu vermək lazımdır, tamaşanın biletinin qiyməti isə 5 manat, yəni 3 dollara yaxındır. Bütün aktyorlar ac qalmamaq üçün başqa yerlərdə də işləyirlər, kostyum və inventarı özləri alır, ya da evlərindən gətirirlər. Amma yenə də hesab edirlər ki, sevimli iş buna dəyər.
ADO teatrı 15 iyul 2013-cü ildə yaradılan ODA teatrının varisidir. ODA teatrı öz tamaşalarında aktual məsələləri qaldırır və “narahat mövzulara toxunurdu, orada da senzura yoxdu. Klassiklərin və məşhur müasir dramaturqların pyesləri tamaşaya qoyulurdu.
Sonra ODA teatrının rəhbərliyi missiyasının bitdiyini düşündü və eyni truppası olan, amma “kanonlardan bir az da uzaq ADO teatrını yaratdı. Standart zaldan və səhnədən imtina etmək qərarı verildi, tamaşaçılar tamaşalarda iştirak etməyə başladılar. Aktyorlar pyesə yeni nəfəs, yeni yanaşma və şərh gətirməklə qəhrəman obrazı yaradırlar. ADO teatr truppasının iştirakçıları özlərini dramaturgiyada sınayırlar. Misal üçün, “Stop pyesi teatr direktoru Elmin Bədəlov tərəfindən yazılıb.
Bu tamaşa emosional olduğu qədər də sxematikdir. Elmin Bədəlovun sözlərinə görə, pyes provokasiya, cəmiyyətə sillə kimi düşünülüb. Özünü bir və ya iki, hətta bütün personajlarda tanımaq və düşüncələrə dalmaq. Tamaşaçılardan bax bu tələb olunur.
Dərc edilib: 24.06.2016