Polşada prezident seçkiləri: mühafizəkarlar daha çox olub
Mənbə – CNN
Polşada keçirilən prezident seçkilərində bülletenlərin 99 faizi sayılandan sonra minimal üstünlüklə – 50,4 faiz səslə hazırkı prezident Anjey Duda liderlik edir.
Onun rəqibi Varşava meri Rafal Tşaskovski 46,6 faiz səs toplayıb.
Burada statistik yanılma payı azdır. Əldə olunan nəticə Polşa cəmiyyətində güclü qütbləşmədən xəbər verir.
Namizədlər arasında ziddiyyətlər nədən ibarətdir?
Prezident Duda əhalinin mühafizəkar hissəsini öz ətrafında səfərbər edib. Bunlar əsasən kənd ərazilərinin sakinləridir.
Onun kampaniyasının mərkəzində vətəndaş azadlıqları, o cümlədən də LGBT icmasının haqları dayanıb.
Duda “ibtidai” katolik dəyərlərinə müraciət edib. Polşada katolik kilsəsinin nüfuzu həddən artıq böyükdür.
Dudanın kampaniyasını Amerika prezidenti Donald Tramp dəstəkləyib.
Dudanın prezidentliyi müddətində Polşada media və məhkəmə sistemi ciddi məhdudiyyətlərə məruz qalıb. Bu, korrupsiya ilə mübarizə şüarı altında həyata keçirilirdi.
Onun rəqibi Rafal Tşaskovski müxalif sağ-mərkəzçi “Vətəndaş platforması” partiyasını təmsil edir. Onun ənənəvi elektoratı böyük şəhərlərin liberal ümumavropa dəyərlərinə əsaslanan sakinləridir.
Siosial şəbəkələrdə reaksiya
Polşada sosial şəbəkə istifadəçiləri seçki nəticələrini şərh edirlər:
“Bravo, pan Prezident!”
“Polşa qalib gəldi!”
“Orta təhsilli insanlar yenidən bizə prezident seçdilər”.
“Vistulanın o biri sahili mənim ailəm deyil”.
“Yenə də durğunluq, ekologiyanın yoxluğu və demaqoqluq qələbə qazandı.
“Bu, ona görə baş tutub ki, müxalifət sosial mövzularda yalanlardan, heç bir nailiyyəti və proqramı olmayan namizəddən başqa seçiciyə heç nə təklif edə bilməyib”.
Bu seçkilərin Polşa hüdudlarından kənarda əks-sədası necə olacaq?
Polşa Avropa İttifaqından ən böyük maliyyə dəstəyi alan ölkədir.
Aİ üzvü olmaq ideyası Polşa cəmyyətində böyük dəstək görür. Son sorğuya əsasən polyakların 84 faizi ölkənin Aİ üzvlüyünü dəstəkləyir.
Amma prezident Dudanın mühafizəkar kursu – LGBT haqlarının pozulması, icra hakimiyyətinin güclənməsi, məhkəmə və medianın rolunun zəifləməsi – Aİ liderləri tərəfindən kəskin tənqidə səbəb olur. Artıq Polşaya qarşı sanksiya prosedurları başlayıb.
Avropa İttifaqında Dudadan daha çox tənqid olunan ancaq Macarıstanın baş naziri Viktor Orbandır.