Dünyanın ən nəhəng dərman istehsalçılarından biri – “Pfizer” korporasiyası bəyan edib ki, koronavirusa qarşı 90 faiz müdafiəni təmin edən vaksin yaradıb.
Vaksin 6 ölkədə 43500 nəfər insan üzərində uğurla sınaqdan çıxarılıb. Yad təsirlər aşkarlanmayıb.
Yeni peyvəndin təsir mexanizmi ondan ibarətdir ki, virusun genetik kodunun bir hissəsini insana köçürürlər, bundan sonra Covid-19 virusuna qarşı immunitet yüksəlməyə başlayır.
İndi “Pfizer” hakimiyyətdən xahiş edir ki, təcili qeydiyyat proseduru tətbiq edilsin. Beynəlxalq media ehtimal edir ki, bu, artıq noyabrda baş verəcək.
Fond bazarları “Pfizer” şirkətinə inanıb. Koronavirus peyvəndi haqda xəbərlər sayəsində şirkət gəlirləri 8 faiz artıb.