Paralel reallıqlar. Yerevan
Ermənistanda siyasi xadimlər və sosial şəbəkə istifadəçiləri gərginlik içindədir. Analitiklər bildirirlər ki, yeni müharibə təhlükəsi mövcuddur. Bununla belə yerevanlılar şəhər mərkəzində rahat gəzir və çoxsaylı kafelərdə həyatdan həzz alırlar.
Rusiya və Fransa prezidentləri növbəti Ermənistan-Azərbaycan böhranı ilə məşğul olur, İran hər iki ölkə ilə sərhədə qoşun yerləşdirir, ABŞ-ın dövlət katibi isə regiondakı vəziyyəti Rusiya XİN rəhbəri ilə görüşündə müzakirə edir.
Bir sıra müxalifət partiyası, müxtəllif təşkilatların və təşəbbüslərin liderləri hər gün mitinq və etiraz aksiyası keçirir. Təşkilatçılar güman edirlər ki, onlar Ermənistana bu mürəkkəb vəziyyətdən çıxmağa kömək etməlidirlər.
Belə güman etmək olar ki, onlar çoxsaylı olmalıdır. Bununla belə nümayişlərdə və aksiyalarda müxtəlif dəyərləndirmələrə görə min nəfərdən üç min nəfərə qədər insan iştirak edir, Yerevan hesabıyla çox az.
Mayın 20-də Ermənistan Respublikasının baş naziri səlahiyyətlərini yerinə yetirən Nikol Paşinyan Ermənistan və Azərbaycan arasında sərhədi müəyyən edəcək sənədi imzalamağa hazırlaşdığını təsdiqləyəndən sonra gərginlik daha da artıb.
Onun bəyanatına və müxalif siyasətçilər, nə fəallar, nə də sosial şəbəkə istifadəçilərinin əksəriyyəti etibar etmir.
Bu şəraitdə Yerevan sanki qaynamalı idi. Ötən illərdə sosial vəziyyətdən narazılıq on minlərlə insanı küçələrə çıxardığı zaman məhz belə olmuşdu. Hakimiyyət marşrutlarda gedişhaqqını qaldırmaq istədiyi və ya elektriklə, yaxud ətraf mühitin çirklənnməsi ilə bağlı problem yarandığı zaman belə olmuşdu.
Yerevanlılar indi də hər axşam kküçələrə çıxırlar, amma daha çox kafelərdə oturmaq üçün.
Küçələrdə nə baş verdiyini daha yaxşı anlamaq üçün Yerevanın mərkəzində gəzişdim.
Yerevanın əsas Respublika Meydanında mitinqçilər “Nikolsuz Ermənistan” qışqırdıqları və baş nazirin dərhal istefa verməsini tələb etdikləri zaman sadəcə iki yüz metrlik məsafədə Şimal prospektində kafelərdə iynə atsan yerə düşməzdi. Orada kafelərin sayı isə azı iyirmi olar.
Prospektdə heç yana tələsməyə çox sayda insan var. Bu isə onların sadəcə istirahət üçün çıxdıqlarını göstərir.
Onlar hər addım başı küçələrdə satılan Çin istehsalı oyuncaqlara rast gəlirlər: hürən itlərə, atəş açan və sürünən əsgərlərə, üzməli olan ördəklərə.
Respublika Meydanından kənarda polisin işi çox da ağır deyildi. Foto: Ani Minasyan
“Hə, getdim müydana, sonra? Odur, xalq bir dəfə artıq seçdi. Baxın, nələrə gətirib çıxardı”, – oyuncaq satan orta yaşlı qadın əsəbi şəkildə deyir.
Yaxın yolayrıcında dayanan kişi hamını mitinqdə iştirak etməyə çağırır. “Biz ölkəni itiririk!” – əlində Ermənistan bayrağı tutaraq qışqırır.
İnsanlar etinasızca ötüb keçirlər.
Bu arada mitinq iştirakçıları yürüş təşkil edir və Milli Məclis binasına doğru yönəlirlər. Onların sayı o qədər azdır ki, Baqramyan prospektində hərəkət öz axarı ilə davam edir. Kaskadda və Şimal prospektində insanlar çoxalır, amma onlar mitinqdə iştirak etmirlər. Qadınlar baxımlı, yüksək əhval ruhiyyədə görünür, gülümsəyirlər. Kişilər yüksəkdən söhbət edir. Amma onların söhbətlərinin mövzusu siyasidir: Ermənnistandakı vəziyyəti müzakirə edirlər.
Bütün masaların dolu olduğu kafelərdən birində siyasi söhbətlər edirlər. Yaxınlaşdığımmasanın arxasında gənclər oturub. “Təsəvvür etmirəm ki, bütün bunlardan sonra hətta Yerevan kənarına çıxa biləcəm. Bütün əsas yollar Azərbaycanın nəzarəti altına keçsə nə edəcəyik?”
Deyirllər ki, mitinqdə iştirak etmirlər, çünki nəyisə dəyişə biləcəklərinə inanmırlar.
“Ölkəmizin prezidenti və digər rəsmi şəxslər Nikolun hansı sənədi imzaladığını bilmirlər. Əgər heç onlar da heç nə edə bilmirlərsə, biz nə edə bilərik?”
Kaskadda kafelərdən birində qəhvə və ya sərinləşdirici nəsə içmək üçün adətən növbədə durmaq lazım olur. Axşamlar Yerevanın mərkəzində boş masa olmur.
“Mənim üçün bu, laqeydlik işarəsidir. İnsanlar siyasətçilərə və siyasətə etibar etmir və onlara qarşı etimadsızlıq o qədər böyükdür ki, çoxları üçün bu, Azərbaycan əsgərlərinin Ermənistanda olmasından daha önəmli olub. İnsanlar siyasətdən yorulub”, – jurnalist və analitik Mark Qriqoryan deyir.
Yerevanın mərkəzində kafedə oturanlar və Facebook-da həyəcanlı və qəzəbli statuslar, yaxud şərhlər yazanlar çox güman ki, eyni insanlardır. Sadəcə onların narahatlıqları siyasi əməllərlə yox, sosial şəbəkələrdə fəallıqla və ya kafelərdə qızğın mübahisələrlə ifadə olunur.
Bu hekayə “Trayektoriya” media layihəsinin bir hissəsidir. Layihə Cənubi Qafqazda münaqişənin həyatlarına toxunduğu insanlardan bəhs edir. Bütün Cənubi Qafqazdan olan müəlliflər və redaktorlarla işləyir və münaqişələrin heç birində tərəflərdən heç birini dəstəkləmir. Bu səhifədəki materiallara görə müəlliflər məsuliyyət daşıyır. Əksər hallarda toponimlər müəlliflərin cəmiyyətlərində qəbul olunduğu kimi istifadə edilir. Layihə Avropa İttifaqının dəstəyilə GoGroup Media və International Alert təşkilatları tərəfindən həyata keçirilir.