Türkiyənin xüsusi xidmət orqanları İstanbulda Yeni il gecəsi kütləvi qətliam törətməkdə şübhəli bilinən şəxsi həbs edib. Özbəkistan vətəndaşı Abdulkadir Maşaripov Türkiyə hakimiyyətinin məlumatına görə, Yeni il gecəsi İstanbulun gecə klublarının birində 25-i xarici ölkə vətəndaşı olmaqla 39 nəfəri qətl etməkdə və 65 nəfəri yaralamaqda günahkar bilinərək haqqında axtarış elan edilmişdi.
Türkiyənin Hürriyet nəşrinin məlumatına əsasən polisdən gizlənən Maşaripov azyaşlı oğlu ilə birlikdə qaldığı bahalı mənzildə ələ keçirilib. Polisin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində həmçinin terrorçu fəaliyyəti göstərməkdə şübhəli bilinən Qırğızıstandan olan bir kişi və üç qadın da həbs edilib.
“Yeni il nişançısı”nın axtarışı və həbsində min nəfərə yaxın polis və xüsusi xidmət orqanları əməkdaşları iştirak edirdi.
Gecə klubunda baş vermiş terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb. Terror aktından sonra Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 40 nəfərdən çox insan həbs edilib.