Acariya və Quriya sahillərindən əsrlik ağacların sabiq baş nazir Bidzina İvanişvilinin dendroloji parkına köçürülməsi prosesi davam edir.
220 ton çəkisi, 37 metr hündürlüyü olan maqnoliya artıq dəniz sahilinə çatdırılıb. Onu dəniz yolu ilə Şekvetiliyə göndərəcəklər. Ağacın dendroloji parka nə zaman köçürülməsi havadan asılı olacaq.
15 yanvar səhər saatlarından etibarən Kvemo Natanebi kəndində, keçmiş çay fabrikinin ərazisində də iş başlayıb. Oradan əsasən cökələrdən ibarət olan 10-a yaxın əsrlik ağacın parka köçürülməsi planlaşdırılıb.
Orada texnika – özüboşalan yük maşınları, kranlar səfərbər edilib, torpaq işləri aparılır. Bu ağaclar da Şekvetiliyə, İvanişvilinin dendroloji parkına köçürüləcək.
Maqnoliyanın sabiq baş nazirin parkına köçürülməsi prosesində:
Bütün gün ərzində Batumi-Kobuleti mərkəzi magistralında əsrlik ağacların budaqlarını kəsiblər. 220 ton çəkisi, 37 metr hündürlüyü olan ağacın təhlükəsiz köçürülməsi üçün sağlam evkaliptlər məhv edilib.
Maqnoliyanın köçürülməsi Batumi-Kobuleti trasında 1 km uzunluqlu tıxaca səbəb olub.
Ağacın köçürülməsi səbəbilə dəmiryolunun elektrik təchizatı 2 saat ərzində dayandırılıb.
Sabiq baş nazır əsrlik maqnoliyadan savayı ötən yaz öz parkına 650 tonluq nəhəng zanbaq ağacını(Zanbaqvari liriodendron) da köçürtdürmüşdü.