Nemtsovun qətl edildiyi yerdə onun xatirəsinə həsr olunmuş yürüşdən sonra altı fəal həbs edilib
Paylaşmaq
Paylaşmaq
Fevralın 27-ə keçən gecə Moskvada Boris Nemtsovun Böyük Moskvoretsk körpüsü üzərindəki “xalq memorialının” ətrafında polis altı nəfəri saxlayıb. Memoriala ziyan vurulmasın deyə fəallar körpüdə keşik çəkirmişlər. Bir qədər sonra saxlanılanlar buraxılıb.
Saxlanılmadan əvvəl memoriala dörd polis maşını yaxınlaşıb, dərhal sonra isə “Qormost”un yeddi maşını birdən gəlib, gülləri və portretləri daşıyıb aparıb. Azadlıq Radiosu xəbər verir ki, əvvəlcə körpüdə beş fəal, bir saat keçəndən sonra isə daha iki fəal saxlanılıb.
Dünən Moskvada iki il əvvəl Zamoskvoretsk körpüsündə Kremlin yaxınlığında qətlə yetirilən müxalif siyasətçi Boris Nemtsovun xatirəsinı həsr olunmuş yürüş keçirilib. Yürüş Strastnıy bulvarından başlayıb Saxarov prospektinə qədər davam edib. Bundan sonra yürüş iştirakçıları qətl yerinə gül qoyublar. Müxalifətin verdiyi məlumata görə, yürüşə 15 min nəfərdən bir qədər artıq insan qatılıb. Moskva polisinin məlumatına görə isə iştirakçıların sayı beş minə yaxın olub.
Boris Nemtsovun qətli ilə bağlı iki Çeçenistan sakini həbs olunub. Şübhəli şəxslərdən biri – Beslan Şavanov saxlanılma zamanı həlak olub. Müttəhimlər ittihamı edir, baxmayaraq ki, onlardan bəziləri daha əvvəl etirafedici ifadə vermişdi.
Nemtsovun qətli ilə bağlı məhkəmə prosesi Moskva Dairə Məhkəməsində 2016-cı ilin oktyabrından davam edir. İstintaq hazırda xaricsə gizlənən DİN Daxili Qoşunlarının “Şimal” çeçen batalyonunun döyüşçüsü Ruslan Muxutdinovu qətlin sifarişçisi hesab edir. Nemtsovun silahdaşları hesab edir ki, yalnız cinayətin icraçılarına qarşı ittiham irəli sürülüb, sifarişçilər isə məsuliyyətdən kənarda qalıb.