Azərbaycanlı müxalifətçi terroru maliyyələşdirməkdə günahlandırılır. Partiyadaşları bunu hakimiyyətin qisası hesab edir
Müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Niyaməddin Əhmədov terroru maliyyələşdirməkdə günahlandırılır. Onu 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Onun özü ittihamı rədd edir, AXCP-də isə hesab edirlər ki, hakimiyyət bu yolla Əhmədovdan qisas alır.
2020-ci il aprelin 15-də Niyaməddin Əhmədov saxlanılaraq karantin rejimini pozmaqda və polisə müqavimət göstərməkdə ittiham olunub və 30 sutka inzibati cəzaya məhkm edilib. Onun sözlərinə görə, güc strukturları əməkdaşları ona işgəncə verib və onu AXCP lideri Əli Kərimliyə qarşı ifadə verməyə məcbur etmək istəyiblər.
Mayın 15-də inzibati cəzanın müddəti başa çatdığı zaman Əhmədov azadlığa buraxılmayıb, ona qarşı terrorun maliyyələşdirilməsi ilə bağlı yeni ittiham irəli sürülüb. Söhbət Əhmədova xaricdə yaşayan vətəndaşdan göndərilən pullardan gedir – “Kavkazskiy uzel” vəkilə istinadən məlumat verib. Əhmədov özü isə bildirir ki, ona sadəcə borcunu qaytarıblar. Başqa heç bir təfərrüat hələlik məlum deyil.
- “Azərbaycanda yaşamaq mənim haqqımdır”. Keçmiş vicdan məhbusu Əfqan Muxtarlı gələcəyə dair planları haqda danışıb
- Gürcüstanda siyasi məhbuslar varmı? Hakimiyyətlə müxalifət arasındakı mübahisəyə ABŞ qarışıb
- Siyasətçilər koronavirus haqda. Niyə Ermənistan yoluxanların sayına görə region liderinə çevrilib?
Niyaməddin Əhmədov ictimai tədbirlər zamanı Əli Kərimlinin mühafizəsini təmin edirdi. AXCP-də hesab edirlər ki, bu həbs partiyaya qarşı hakimiyyətin həyata keçirdiyi repressiv tədbirlərdən biridir. Partiya sədri də ölkədə karantin elan olunandan artıq bir neçə həftədir ki, təzyiq altında olduğunu, internetinin kəsildiyini və informasiya blokadasına salındığını bildirir.
Polis öz növbəsində müxalifətçinin işgəncəyə məruz qaldığını inkar edib, Baş Prokurorluq isə onun həbsi ilə bağlı hər hansı açıqlama vermir.