Mosuldan xilas olanlar
“Kavkazski uzel”in materialları əsasında
Dünən Qroznıya iki uşaq – 8 yaşlı qız və 9 yaşlı oğlan gətiriblər. Hər iki uşaq təxminən bir il öncə “İslam dövləti”nin döyüşçüləri və ya həmin terror təşkilatı ilə əlaqəli olduğu güman edilən valideynləri tərəfindən Yaxın Şərqə aparılmış çeçenlərdir.
“Uşaqlar Mosula raket zərbələri endirilən zaman yanıq yaraları alıblar və müalicəyə ehtiyacları var”, – Yaxın Şərq və Şimali Afrika ölkələri üzrə Çeçenistan rəhbərinin nümayəndəsi, Rusiya Federasiya Şurasının üzvü Ziyad Sabsabi bildirib. O, həm də uşaqların valideynlərinin öldürdüyünü bildirir.
“Valideynlər (oğlanın), qardaşı və iki bacısı həlak olub. Onu tapan əsgər uşağın minalandığını düşünüb, amma uşaq avtomatlı adamı inandıra bilib ki, onun heç nəyi yoxdur. Qızın ayaqları çox yanıb. Həkimlər aeroportdaca ona lazımi köməyi göstəriblər. Onun da valideynləri, iki qardaşı və bacısı yerindəcə həlak olub”, – Çeçenistan rəhbərinin saytı Sabsabidən sitat gətirir.
“Vətəndaşlarımız və uşaqlar haqqında məlumatlar hər gün dəyişir, biz hər gün yeni məlumat alırıq, hər bir məlumatı yoxlayırıq. Biz Mosulun şimalında düşərgənin olmağı haqqında məlumat almışıq və bizim məlumatlarımızı görə, orada 70-dən 120-ə qədər Rusiya və MDB vətəndaşı var. Onların arasında azərbaycanlılar, özbəklər, taciklər də var”, – Sabsabi RİA Novostiyə bildirib.
«Azad olunan hər iki uşaq qohumlarına təhvil verilib. Xəbər verilir ki, Çeçenistanda hər iki uşağın ana və ata tərəfdən qohumları var.
Uşaqları qaytarmağı qohumları xahiş edir
Uşaqların vətənə dönməsinin təşəbbüskarlarının qohumların olmağı nadir hal deyil. Avqustun 1-də Suriyadan Çeçenistana ilk uşaq qaytarıldıqdan sonra hökumətə müraciətlər çoxalmağa başladı, – “Kavkazski uzel”ə adının açıqlanmasını istəməyən yerli qeyri-hökumət təşkilatı işçilərindən biri deyib.
Uşaqların qohumları “QHT, beynəlxalq təşkilatlar, Çeçenistan rəhbərliyinə fəal şəkildə öz uşaqlarının, nəvələrinin İraqdan və Suriyadan qaytarılması üçün müraciət etməyə başlayıblar”, – QHT nümayəndəsi deyib, – “Hər bir ana və nənə ümid edir ki, onun övladları və nəvələri xilas olunanlar siyahısında olacaq”, – deyə o əlavə edib.
Avqustun ortalarında Qroznıda qadınların aksiyası keçirildi. Onlar şəhər küçələrində yürüş edərək, Çeçenistan rəhbərliyi və şəxsən Ramzan Kadırovdan öz qohumlarının İraq və Suriya ərazisindən qaytarılmasına kömək etməyə xahiş etdi. O vaxt güman edilirdi ki, İraqda Rusiyadan valideynlər tərəfindən 48 uşaq çıxarılıb.
Sentyabrın 1-də İraqdan Çeçenistana xüsusi reys gəldi: 4 qadın və 8 uşaq. Azad olunanlardan birinin, İman Muzaevanın qohumu danışır ki, gənc qadının anası qızının azadlığı üçün fəal mübarizə aparıb.
“O, Qroznıdaki qadınların yürüş iştirakçılarından biri idi, [qızının] vətənə qaytarılması üçün Çeçenistan hökumətindən kömək istəyirdi. İman 2000-ci illərin əvvələrindən Qazaxıstanda yaşayırdı. Əri ilə birlikdə Suriyaya gedəndə onların ancaq bir oğlu varıydı, o biri iki oğlu Suriyada və İraqda doğuldu. Böyüyün 4 yaşı var, balaca isə 6 aylıqdır. İmanın ərini keçən il öldürdülər, o da uşaqlarla birlikdə İraqdan təkbaşına çıxa bilmirdi”, – Muzaevanın qohumu “Kavkazski uzel”in müxbirinə danışır.
“Forbes” jurnalının müxbiri Orxan Cemal “Kavkazski uzel”in müxbirinə Yaxın Şərqdə hərbi əməliyyatlar olan ərazilərdən uşaqların təxliyəsinə 2017-ci ilin iyul ayından başlanıldığını bildirib.
“İraqdan uşaqların çıxarılması problemi Mosula hücumdan sonra kəskin qabardı. Orada çox uşaq həlak oldu, sağ qalanlar isə dəhşətli vəziyyətdə qaldılar, valideynlər həlak olub, uşaqlar isə siyasi cəhətdən düşmən olanların əhatəsindədir. Uşaqlarla nə etməli, məlum deyildi”, – Cemal deyib.
Döyüşçülərin xanımları və uşaqları ilə qəddar davranışına Rusiyanın insan haqları üzrə müvəkkili Tatyana Moskalkovanın BMT-in baş komissarı Zeyd Raad əl-Hüseynə və Avropa İttifaqının baş katibi Tubyer Yaqlanda “Mosulun terroristlərdən azad edilməsi əməliyyatının gedişatında İraq hakimiyyəti tərəfindən saxlanılan rusiyalı qadın və uşaqlara qarşı qəddar davranışı pisləməsi mövqeyini dəstəkləməyi xahiş etdiyi” müraciəti də dolayı yolla da olsa xəbər verir.
Uşaqları niyə müharibəyə aparırlar?
Radikal təşkilatların tərəfdarları ona görə öz ailələrini Suriya və İraqa aparırlar ki, vətənə qayıtmaq istəmirlər, “Kavkazski uzel”ə “İslam dövləti”nin ideyaları gözündən düşəndən sonra Rusiyaya qayıda bilən keçmiş silahlılardan biri danışır.
Bundan əlavə, uşaqların çoxu müharibə vaxtı doğulub: Çeçenistanın hüquq-mühafizə orqanları son illər onlarla gənc qadının Suriyaya getdiyini təsdiqləyib.
İyulda Çeçenistan DİN-dən özünü təqdim etməyən mənbə “Kavkazski uzel”ə bildirib ki, Suriyada və İraqda yüzlərlə çeçen qadın və uşaq ola bilər.
REUTERS/Alaa Al-Marjani