Moldovada siyasi böhran: prezident parlamenti buraxıb
Moldova prezidenti Mayya Sandu parlamentin buraxıldığını və yeni seçkilərin təyin olunduğunu elan edib. Buna siyasi böhran və prezidentlə keçmiş prezident, rusiyayönlü İqor Dodonu dəstəkləyən parlament çoxluğu arasındakı qarşıdurma səbəb olub.
“Mən parlamentin buraxılması haqda sərəncam imzalamışam. Bu qərarla biz vətəndaşların ölkənin və insanların xaraqlarına xidmət eədcək yeni parlament seçmələri üçün yol açdıq”, – Moldovanın Ziarul de Gardă nəşri Mayya Sandudan sitat gətirib.
Yeni parlament seçkilərinin ratixi 11 iyul 2021-ci ilə təyin edilib.
Avropayönlü siyasətçi – 46 yaşlı Mayya Sandu 2020-ci ilin noyabrında prezident seçkilərində qüvvədə olan prezident İqor Dodon üzərində qələbə çalıb.
Amma parlamentdə çoxluq Dodonun Sosialist Partiyasına və müttəfiqi “Şor” partiyasına məxsusdur.
2021-ci ilin martında parlament koronavirus pamdemiyasına görə aprelin 1-dən ölkədə fövqəladə vəziyyət elan edib. Müxalifət partiyaları o zaman bildiriblər ki, bu qərar parlamentin buraxılması ehtimalının qarşısını almağa yönəlib, çünki fövqəladə vəziyyət zamanı konstitusiya bunu qadağan edir.
Amma aprelin 28-də Moldovanın Ali Məhkəməsi bu qərarı qeyri-konstitusion hesab edib və fövqəladə vəziyyəti ləğv edib, bununla da parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi mümkün olub.
Keçmiş prezidenti İqor Dodon, o cümlədən də parlament çoxluğunun liderləri prezidenti məsuliyyətsizlikdə ittiham edib və bildiriblər ki, yeni seçkilərdən qorxmurlar və mübarizəyə hazırdırlar.