Möcüzələr davam edir
29.03.2016
Martın 28-də jurnalistlər və hüquq müdafiəçiləri bütün günü İntiqam Əliyevi 6 saylı çəzaçəkmə müəssisəsinin qarşısında gözlədilər. Amma onu ancaq gecə yarı buraxdılar və jurnalistlər onu evinin qapısının ağzında qarşıladı.
“Mən əfv və ya hökmün yumşaldılması ilə bağlı ərizə yazmamışam, – İntiqam Əliyev dedi. – Azadlığa buraxılmağım məni təəccübləndirdi, əslində isə indi başa düşürəm ki, bu mənim vəkillərim, dostlarım, azad mətbuat və beynəlxalq təşkilatların səyləri nəticəsində mümkün olub. Korrupsiya və azadlıqların pozulması problemlərilə məşğul olarkən, mən gec-tez həbs olunacağımı bilirdim və hətta bunun belə gec həyata keçirilməsi məni təəccübləndirdi. İndi də ən çox digər siyasi məhbusların azadlığa çıxmasını gözləyirəm, özüm də onların azadlığı uğrunda mübarizə aparacam.
______________________________________________________________________________________
28.03.2016
İntiqam Əliyev bir il on ay ərzində həbsxana həyatı yaşadı. O həmin adamlardandır ki, onun şəkili bütün bu müddət ərzində dostlarının və şagirdlərinin “Facebook səhifələrinin profilində olub. Özünün İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinə 300-dən çox şikayətin hazırlanması fəaliyyəti ilə o Azərbaycandakı az saylı vətəndaş cəmiyyətinin sevgi və hörmətini, həmçinin bütün dünyada populyarlıq qazandı.
Hüquq müdafiəçisi 7,5 il müddətinə azadlıqdan məhrum edilmişdi. Qalmaqallı 17 mart əfvinə qədər onun həbsdən azad edilməsi ilə bağlı ümidlər çox azıydı. Bununla belə, bu gün Ali Məhkəmə cəzanın 5 il şərti cəza ilə əvəz olunması haqda qərar qəbul etdi.
İntiqam Əliyevə qarşı 213.1 (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham irəli sürülmüşdü.
Bu haqda xəbər verən hakimiyyətyönlü KİV İntiqam Əliyevin hüquq müfadafiəsi sahəsindəki fəaliyyətinə toxunmadı. Müstəqil media bu hadisəyə daha böyük diqqət yetirdi, misal üçün, “Azadlıq radiosu öz reportajında İntiqam Əliyevin vəkili olan Cavad Cavadovun məhkəmə binası qarşısında toplaşanlara onun azad olması xəbərini verdiyini göstərir. Cavad Cavadov İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinə müraciət edərək, İntiqam Əliyev üçün bəraət istəyəcəyini bildirdi.
Cover photo: freeintigamaliyev.com
Dərc edilib: 28.03.2016