Minlərlə yük maşını sürücüləri Şimali Qafqazda yeni vergilərə qarşı etiraz aksiyaları keçirirlər
Minlərlə ağır yük daşıyan maşın sürücüləri Şimali Qafqazın müxtəlif nöqtələrində etiraz aksiyaları keçirirlər. Aksiyalarda cəmi 2 minə yaxın maşın və 3 minə yaxın sürücü iştirak edir.
Onlar çəkisi 12 tondan yuxarı olan yük maşınlanın federal yollarda hərəkətinə görə tariflərin artırılmasına etiraz edirlər.
Sürücülər bildirir ki, hökumət onlarla danışıqlara başlamayınca və tariflərin artırılması haqqında qərarı ləğv etməyincə yükləri daşımaqdan imtina edirlər.
Ağı yük daşıyan maşınlar Şimali Qafqaz respublikalarına malların və bu regiondan məhsulun əsas daşınma vasitəsidir. Tətilin davam etməsi iqtisadi böhrana gətirib çıxara bilər.
Hazırda tətilçilərin toplaşdığı yerlərə polis və Rusiya qvardiyasının bölmələri daxil olub. Vəziyyəti gərginləşdirən amillərdən biri də odur ki, dövlət telekanallarının efirində və nəzarət altında olan yerli mediada bu hadisələr demək olar ki, işıqlandırılmır.
Şimali Qafqazdakı aksiya bu günlərdə Rusiyanın bir çox regionlarında baş tutan sürücülərin ümumrusiya tətilinin bir hissəsidir. Təşkilatçıları bildirir ki, ümumilikdə bu aksiyada 10 minə yaxın adam iştirak edəcək.
Federal yollarda hərəkətə görə “Platon” adlı ödəniş alma sistemi Rusiyada bir ilə yaxındır ki, tətbiq edilir. Vəsaitin yığılması ilə dövlət qurumu deyil, prezident Putinin yaxın dostu Arkadi Rotenberqə məxsus özəl şirkət məşğul olur.
Bir il əvvəl yeni vergi artıq etirazlara səbəb oldu, amma heç bir nəticə vermədi. Bu dəfə etiraz daha yaxşı təşkil olunub, daha yaxşı koordinasiya edilir və prinsipial olaraq kütləvi xarakter daşıyır.
Yük maşınlarının sürücülərinin aksiyası sosial şəbəkələrdə böyük dəstək aldı
- “Onlar vətəndaş müharibəsi ərəfəsində buferdirlər”.
- “İndi aydındır, Putinin 84 faizlik dəstəyi şişirdilmiş rəqəmdir”.
- “Bax, kimsə yazır: “”Baxın, Liviya, Suriya, İraqda vətəndaşların küçələrə çıxması nəylə nəticələndi. Həm vətəndaş müharibəsi, həm də qanın axıdılmasıyla! Onda gəlin cümləni doğru və məntiqlə quraq: “Baxın, Liviya, Suriya, İraqda küçələrdə hakimiyyətin vətəndaşlara qarşı repressiyaları nəylə nəticələndi. Həm vətəndaş müharibəsi, həm də qanın axıdılmasıyla!”.