Azərbaycanda minimum əmək haqqı 6 dollar artırılıb
Azərbaycanda prezident sərəncamı ilə minimum əmək haqqı 11 manat (6 dollar) artırılaraq 116 manata (63 dollar) çatdırılıb. Azadlıq Radiosunun xəbər verdiyi kimi son dəfə minimum əmək haqqı 4 il əvvəl 11 manat 50 qəpik həcmində artılırmışdı.
Qiymətlərin qalxmasını və manatın dollara nisbətdə məzənnəsinin düşməsini nəzərə alsaq,105 manat təşkil edən minimum əmək haqqı son dörd ildə 135 dollardan 57 dollara çevrilib. Bununla da Azərbaycan Qafqaz ölkələri arasında minimum əmək haqqının həcminə görə sonuncu yerə düşüb.
- Dövlət Statistika Komitəsinin məlumatına görə (2015-ci il) Azərbaycanda orta aylıq əmək haqqı 467 manat (255 dollar) təşkil edir.
- Ən kiçik əmək haqları səhiyyə və sosial xidmət sahəsində işləyənlərindir (sahəsindən asılı olaraq orta hesabla 204 manat – 111dollar).
- Ən yüksək əmək haqqını isə hasilat sənayesi işçilərinindir ( 2171 manat və ya 1186 dollar).
Dərc olunub: 22.01.2017