Mayya Sandu – Moldovanın yeni prezidenti: bundan sonra nə olacaq?
Seçkilərin ikinci turundan sonra Moldovanın yeni prezidenti Mayya Sandu oldu. Rəqibi – hazırkı prezident İqor Dodon artıq onu qələbə münasibəti ilə təbrik edib, lakin “öz seçicilərinin səslərinin müdafiəsində duracağı” ilə xəbərdar edib. Bu, ölkə üçün nə deməkdir?
Mayya Sandu kimdir
Moldovanın yeni prezidentinin 46 yaşı var. O, ölkədə bu vəzifəni tutan ilk qadındır.
Sandu Risipen kəndindəndir. Moldovada iki ali təhsil alıb, həmçinin Harvard universitetini bitirib.

O, baş nazirin vəzifəsini icra edib və təhsil naziri olub. 2016-cı ildə keçirilmiş prezident seçkilərində İqor Dodona uduzub.
Maya Sandu “Hərəkət və həmrəylik partiyası”nın lideridir. Bu partiya Moldovanın Avropaya inteqrasiyasının tərəfdarıdır. Onun əsas seçiciləri gənclər, ali təhsilli insanlar, şəhər sakinləridir.
İqor Dodon kimdir
Artıq sabiq prezident olan İqor Dodon bu vəzifəni 2016-cı ildən tutub. Onun əsas ideyası Rusiya ilə strateji partnyorluğun gücləndirilməsidir.
Dodona və onun Sosialist partiyasına əsasən kəndlərdə, o cümlədən Dnestryanıda və Qaqauziyada səs verirlər. Həmin bölgələrdə əhali vahid Moldova dövləti və Avropaya inteqrasiyanın əleyhinədir.

Dodon hər fürsətdə Rusiya prezidenti Vladimir Putinə olan rəğbətini qeyd edir. O, son illər mayın 9-u Rusiya Qələbə gününü qeyd edəndə Moskvadakı azsaylı xarici qonaqlardan biridir.
Moldovanı nə gözləyir: parlament mübarizəsi, yoxsa “zavallılar”ın təzimi?
Moldova parlament respublikasıdır, orada prezident əhəmiyyətli səlahiyyətlərə malik deyil.
Parlamentdə çoxluq rəhbəri İqor Dodonun olduğu Sosialist partiyasındadır. İndi o məhz orada Mayya Sandunun islahatlarına müqavimət göstərəcək.
Odur ki, yeni prezidentin ilk və əsas vəzifəsi erkən parlament seçkilərinin keçirilməsinə nail olmaqdır.
Erkən parlament seçkiləri ssenarisi kifayət qədər realdır, moldovalı politoloq Stella Jantuan hesab edir:
“Dodon parlamentdə hansı koalisiya hazırlayırsa hazırlasın, onlardan asılı olacaq. Orada zavallılardan ibarət koalisiya olacaq, bununla yanaşı, partiyalar hansısa məntiqə arxalanır, zavallılarsa yox. Onlar ümumi məqsədə qulluq edəcək çoxluq yarada bilməyəcəklər. Bu cür parlamentdə istənilən konstruksiya uzunmüddətli deyil. Hətta çoxluğa mənsub deputatları erkən parlament seçkilərindən doğan qorxu birləşdirsə belə, bu seçkilər yenə də baş tutacaq”.